Ərdoğan Azərbaycanda-İLHAM ƏLİYEV ƏRDOĞANI FÜZULİDƏ QARŞILADI, AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ ŞUŞADA BİR ARAYA GƏLDİ, TƏKBƏTƏK GÖRÜŞDÜ VƏ MÜTTƏFİQLİK BƏYANNAMƏSİ İMZALADILAR – FOTOLAR – YENİLƏNİB – (4)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

06:19

***

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

13:49

***

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı qarşılayıblar.

Rəsmi qarşılanma mərasimi olub.

Hər iki dövlət lideri fəxri qarovul dəstəsinin önündən keçiblər.

Sonra hər iki ölkənin-Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

15:34

***

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

16:40

***

Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdən sonra Müttəfiqlik haqqında Şuşa bəyannaməsini imzalayıblar.

İmzalanma alqışlarla qarşılanıb.

Hazırda hər iki liderin mətbuat üçün bəyanatları səsləndirilir.

17:06

***

Xəbər verildiyi kimi, iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdən sonra Prezident İlham Əliyev “Bayraktar Savunma” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim etdi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

Etikxeber.az

Read Previous

“Ən qısa zamanda Türkiyənin Şuşada Baş konsulluğu açılacaq”-ƏRDOĞAN

Read Next

Əliyevlə Ərdoğan “Xan qızı” bulağında oldu, Şuşada “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası təqdim edildi-BİRİNCİ XANIMLAR BİR ARAYA GƏLDİLƏR – YENİLƏNİB – FOTOLAR – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir