Ərdoğan da CXP-nin “Ədalət!” yürüşündən danışdı və xəbərdarlıq etdi…

“Ədalət arama yeri parlamentdir”.

Etikxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan CXP-nin “Ədalət!” yürüşünə münasibətini bildirərkən deyib.

“Ana Yasanı ayaqlar altına alaraq vətəndaşları küçələrə çağırmaq, küçələrə tökmək bunu edənlərinin nə özlərinin xeyrinədir, nə də ölkənin xeyrinədir”-deyən Ərdoğan ölkə Konstitusiyasının 138-ci maddəsini də xatırladıb.

“138-ci maddə təkçə siyasilər üçün çalışmır. Bu maddə “A”-dan “Z”-yə kimi hər kəs üçün çalışır. Ona görə bir gün yarğı sizi də çağırarsa, təəccübləməyin”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

Qeyd edək ki, CXP-nin Ankaradan İstanbula doğru “Ədalət!” yürüşü ayın 15-dən başlayıb və bu gün də davam edib.

Yürüşün 25 gün ərzində başa çatacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“İşğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var” – MN

Read Next

Məzari-Şərifdə əfqan əsgəri 4 Amerika hərbçisini güllələdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir