Ərdoğan-Kılıcdaroğlu “dava”sı böyüyür: “…BƏLA OLMAQDAN GIX GET”

Türkiyə prezidenti, AKP genəl başqanı Rəcəb Tayyib Ərdoğanla “ana müxalifət” partiyasının lideri- CXP genəl başqanı Kamal Kılıcdaroğlu arasında yeni gərginlik,  yeni qalmaqal mərhələsi başlanıb.

Buna səbəb CXP liderinin partiyanın TBBM-dəki ənənəvi qrup toplantısındakı çıxışı, səsləndirdiyi ağır ittihamlar və nümayiş etdirdiyi bəlgələr (sənədlər) olub.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, K. Kılıcdaroğlu AKP liderini, onun ailəsinə yaxın olan şəxsləri, bütövlükdə AKP iqtidarını korrupsiyaya uğramaqda, xaricdə gizli şirkətlər qurmaqda, ölkənin maliyyə vəsaitlərini Türkiyə hüdudlarından kənara çıxarmaqda ittiham edərək, əlində bunları sübut edəcək tutatlı dəlil-sübutların olduğunu iddia edib və bu səbədən də Ərdoğanı istefaya səsləyib.

Bundan sonra isə iki genəl başqan və onların lideri olduğu partiyalar arasında uzun müddətdir yaşanan gərginılik yeni mərhələyə, yeni fazaya qədəm qoyub.

kilicdar

Tərəflər bir-birinin ünvanına ən ağır ifadələr və ittihamlar səsləndiriblər və səsləndirməkdə də davam edirlər.

Bu gərginlik həmçinin TBMM-in iclaslarına da sirayət edib.

Hər iki partiyanı təmsil edən millət vəkilləri qarşlıqlı ittihamlarda bulunublar.

Eyni zamanda, AKP lideri tərəfindən K. Kılıcdaroğluna ağır ifadələr və ittihamlar dolu cavablar gəlib.

Ərdoğan CXP liderini növbəti dəfə “yalan makinəsi” adlandıraraq, onu böhtançılıqda, yalançılıqda, Türkiyə siyasətinin başına bəla olmaqda və sairədə suçlayıb.

Türkiyə prezidenti K. Kılıcdaroğlunu əlində əsaslı dəlil-sübutlar varsa, istintaqa, məhkəməyə baş vurmağa və onları media ilə paylaşmağa səsləyib.

Ərdoğan deyib ki, əgər səsləndirdiyi ittihamları sübut edə bilməzsə və bilməyəcəksə, Kılıcdaroğlu CXP-dən və siyasətdən istefa verib.

“Söz verirəm, əgər səsləndirdiyin ittihamları sübut edə bilsən, cümhurbaşqanlığından və siyasətdən gedəcəm.

Əgər sübut edə bilməsən, CXP-nin başına bəla olmaqdan çıx get, bu xalqın da başına bəla olmaqdan çıx get”-deyə, Ərdoğan bəyan edib.

Ərdoğanın bu bəyanatına isə hələlik CXP lideri və partiya  sözçüləri tərəfindən cavab gəlməyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Tərtərdə çoxmənzilli binaların əsaslı təmirinə və abadlıq-quruculuq işlərinə 3 milyon ayrıldı

Read Next

“NATO da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir ki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir