Ərdoğan martın ayının birinci yarısında Rusiyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martda Rusiyaya  səfər edəcək.
Etikxeber.az  xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz “interfax.ru”-ya açıqlamasında deyib.
Türkiyəli səfir deyib ki, Ərdoğanın Rusiyaya bu  səfərində əsas hədəf iki ölkə arasındakı əlaqələrin  daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.
Səfir bildirib ki, Ərdoğan Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“Bununla da Ərdoğanın Putinlə son altı ayda dördüncü görüşü olacaq. İki ölkənin liderləri arasında  keçiriləcək görüşdə Türkiyə ilə Rusiya arasında  müxtəlif sahələrdə gələcək əlaqələrin  genişləndirilməsinin və inkişaf etdirilməsinin perspektivləri müzakirə olunacaq”– deyə, o, bildirib.
Etikxeber.az

Read Previous

Bakı Şəhəri üzrə Təhsil İdarəsi baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yaydı

Read Next

Oğrular tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir