Ərdoğandan Obamaya sərt sözlər: “BİZİ ALDATDI”

Ərdoğan: Obama bizi aldatdı, sözünün üstündə durmadı

Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir.

Etikxeber.az-ın “Sozçu”-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bəyan edib.

“Terrorçuların kökünü qurudacağıq. Bölgəni terrorçulardan təmizləmək bizim boynumuzun borcudur” – deyən Ərdoğanın sözlərinə görə, Türkiyə həmçinin, Suriyanın Münbic bölgəsini, o cümlədən, bütün sərhəd boyu zonalarını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyəcək.

Ərdoğan ABŞ-ın sabiq prezidenti Barak Obamanın vaxtı ilə Türkiyəni aldatdığını da deyib.

obama_erdogan_merkel

“Biz Obama dövründə də “Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq “Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı. “Zeytunluq” hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı, biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Münbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Anaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar” – deyə, Türkiyə prezidenti sözlərinə əlavə edib.

obama-erdo

Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun (ASO) döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: “Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur”.

obama-erdo-2

Etikxeber.az

Read Previous

“Oxşarlıqlarımız var…” – KOREYALI DEPUTAT – FOTO

Read Next

Prezident “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı”nda – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir