Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) oktyabrın 14-15-də Bakıda keçiriləcək VII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Etikxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Səfir bildirib ki, prezidentlərin görüşündən öncə keçiriləcək Şuraya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu qatılacaq:
“Dövlət başçımız Azərbaycana səfəri zamanı qardaşı Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək”.
“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.
Bunu da E. Özoral deyib.
Səfir qeyd edib ki, beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir:
“Həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə buna qarşı mübarizə aparır. Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”.
Etikxeber.az