Ərlə arvadı yanaraq öldülər – SALYANDA AİLƏ FACİƏSİ

Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Etikxeber.az-ın xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Silahlar bu gecə də susmayıb, ermənilər atəşkəs rejimini 117 dəfə pozub

Read Next

“Bu, birinci cinayətdir ki, özləri bunu etiraf etdilər…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir