“Ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya əsas yoxdur” – NAZİR

Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən qida məhsulları tələbatının ödənilməsi ilə bağlı heç bir problem yoxdur.

Etikxeber.az xəbər verir ki, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir deyib ki, hazırda ticarət şəbəkələrində, mağazalarda və anbarlarda gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur. Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar var. Mal və məhsulların kifayət qədər ehtiyatı mövcuddur. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq.

M.Cabbarov iqtisadi təhlükəsizlik məsələlərinin Azərbaycan Hökumətinin diqqət mərkəzində olduğunu vurğulayıb. O əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər yük daşımalarına şamil edilmir.

Nazir hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayıb. O qeyd edib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.

Son günlər istehlak bazarında tibbi vasitələrə, tibbi spirt və maskalara tələbatın artmasına gəlincə, M. Cabbarov hazırda bu məhsulların təchizatında heç bir problemin olmadığını, yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.

Etikxeber.az

Read Previous

“Marketə də gedin, qidanızı da yığın, manatınızı da dollara dəyişin, ancaq…” – FAZİL MUSTAFA YAZDI

Read Next

Koronavirusla əlaqədar bir sıra dövlət strukturları Novruz bayramında adi iş rejimində çalışacaq – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir