“Əsədovun dövründə səsi çıxmayanlar, nəfəslərini belə alıb-verməyə qorxanlar, əmrə müntəzir olanlar…”-KAMİL HƏMZƏOĞLU YAZDI

Nə qədər çalışdım, səbrimi basdım ki, yazmayım, qarışmayım, çoxları kimi, “ağılllı və müdrik” görünüm…

Amma olmadı, olmur…

Bilirəm ki, bu statusumdan (yazımdan) da sonra üzdə dost kimi görünüb, amma mahiyyətdə, gizlində… dost… olmayanlarımın sayı yenə artacaq, yenə adımı çəkmədən, ünvanıma namərdcəsinə təhqiramiz status yazacaqlar, öz aləmlərində məni “asıb-kəsəcəklər”, nələrəsə “eyham” vuracaqlar…

Olsun, bu həyatda…, mediada… çox şeylər-xəyanətlər, satqınlıqlar…görmüşəm…Və artıq çox şeylər mənə qardaşlarımız demişkən, vız-trıs gəlir və ya böyük şairimiz demişkən, “Hər şey bana vız gəliyor” …Nə isə…

Bu gün (əslində 31 iyulda) fb-də demək olar ki, iki-üç statusdan biri deputatlara 549 manat məbləğində bayram pulunun (Qurban bayramı ilə bağlı) verilməsi məsələsinə həsr olunub…İttihamlar, hətta təhqirlər…belə göydə uçuşub…

Deyə bilərlər ki, burada-ittihamlarda-filanda nə var axı, ilin-günün bu vaxtında deputatlara niyə bayram pulu verilməlidir, onların buna ehtiyacımı var və sair və ilaxır…

Amma elə bu yerdəcə xatırlatmaq istəyirəm ki, bayram pulu dövlət təşkilatlarında, hətta, dövlət (rəsmi) KİV-lərində…və bəzi özəl qurumlarda, özəl media quruluşlarında (bəzilərində) zaman-zaman və ya mütəmadi şəkildə olub və bu gün də var…O cümlədən Milli Məclisdə…

6 çağırışdır ki, parlament müxbiriyəm və demək olar ki, bayram pulu məsələsini həmişə eşitmişəm, rast gəlmişəm və bu da başqa vaxtlarda qeyri-adi qarşılanmayıb, ajiotaya səbəb olmayıb…

Amma çox maraqlıdır ki, nədənsə bu məsələ indi birdən-birə “yada” düşüb və ajiotaya səbəb olub…

Səmimi şəkildə bu məsələdən xəbərdar olmayanları anlayıram, hətta ittihamçı mövqeyində dayananlardan da iki-üçünün səmimiyyətinə, başqa niyyətlər güdmədiyinə əminəm…

Amma bir çoxlarının yersiz canfəşanlığı istər-istəməz sual yaradır…Və burada da xoruzun quyruğu necə deyərlər, görünməyə bilmir…

“Primakov-esse” məsələsi, nə bilim “aqressiya”…məsələsi alınmadı, faş oldu, indi də keçilib, keçiblər bayram puluna…

Özü də eks-spiker Oqtay Əsədovun dövründə səsi çıxmayanlar, nəfəslərini belə alıb-verməyə qorxanlar, əmrə müntəzir olanlar…indi daha çox ittihamçı, ədalət carçısı rolunda çıxış edirlər…

Ümumiyyətlə, 5 aydır dinc dayana bilmirlər…

26 ilə yaxındır – yenə deyirəm -parlament müxbiriyəm və hər şeyin cikini-bikini də bilirəm, mənə aydın olmayan nəsə yoxdur, bu illər ərzində nələr görməmişəm, nələr…

Ona görə çoxlarının, xüsusilə də, MM-dən xəbəri olmayanların, parlamentlə əməkdaşlıq etməyənlərin… canfəşanlığını, birdən-birə tənqidçi obrazında görünmələrini, mərhəmət, haqq-ədalət keçikçiləri…rolunda çıxış etmələrini səmimi qəbul etmirəm…

Məni tutub gülləsələr də, dərimi diri-diri soysalar da, inanmıram və inanmayacam…

Səmimiləri, məsələnin mahiyyətini bilməyənləri çıxmaqla, digərlərinin əsl məqsədinin nələr olduğunu, kim(lərə) və nələrə görə, daş atdığını-atıldığını…gözəl bilirəm-əla bilirik…

Ona görə də ən azı səmimiyyətsizliyi…buraxın, buraxsınlar…

Hər şey ap-açıq görünür…

Burada dayanın, burada dayansalar…yaxşıdır!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

54 saat ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK…

Read Next

“Bunlar hamısı Azərbaycan dövlətinin gücü, qüdrəti, dövlət rəhbərinin sarsılmaz iradəsi, cəsarəti, qüdrəti deməkdir…”-KAMİLƏ ƏLİYEVA BALAKƏNLİLƏR ADINDAN ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir