“Əsas islahat insanların şüurlarında getməlidir…” – KOMİTƏ SƏDRİ

SƏMƏD SEYİDOV: Prioritet daha çox təhsildir

Azərbaycanın, dövlət başçısının apardığı apardığı siyasət, görülən işlər hamısı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilib, istiqamətləndirilib.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  deyib.

S. Seyidov da ölkə prezidentinin 16 illik, o cümlədən, 2018-ci ilin 11 aprel seçkilərindən sonrakı dövr ərzindəki fəaliyyətinin, həyata keçirilən islahatlar prosesinin Azərbaycan bütövlükdə milli maraqlarına cavab verdiyini, ölkəmizin dünyada mövqelərinin güclənməsinə, söz və nüfuz sahibi olmasına gətirib çıxardığını dilə gətirib.

S. Seyidov hesab edir ki, xüsusilə, son bir il ərzində islahatlar prosesi elə-belə elan olunmayıb:

“Əvvəla, onu deyim ki, ən əsas islahat insanların şüurlarında getməlidir. O islahat isə məsuliyyət hissinin cəmiyyətin hər bir üzvü tərəfindən artırılmasından keçir. Məsuliyyət də heç vaxt birtərəfli ola bilməz. Məmurun məsuliyyəti olsun, amma vətəndaşın yox və ya vətəndaşın məsuliyyəti çox, məmurun məsuliyyət az olsun və sair. Belə olmamalıdır. O, elə bir anlayışdır ki, hər kəs bunu anlamalı, başa düşməli, öz məsuliyyətini dərk etməlidir. Biz inkişaf etmiş, dünyada özünəməxsus bir yer tutmuş cəmiyyət, ölkə, məmləkət istəyiriksə, o zaman hər kəs özünü məsuliyyətli aparmalı, üzərinə düşən məsuliyyəti anlamalı, bilməlidir. Yəni, burada hamıdan-həm sıravi vətəndaşlar, həm siyasi partiyalar və onların təmsilçiləri, həm dövlət qurumları və dövlət məmurları, həm də siyasi rəhbərlərdən söhbət gedir.

qara-5

DIQLAS_ILYA

NOVRUZ-İLHAM

Ona görə cənab prezidentin elan etdiyi islahatlar prosesi, sadəcə, hansısa bir yerdəyişməsini və yaxud hansısa əlavə bir srtukturun yaradılmasını, yaxud, strukturların ləğvini özündə ehtiva etmir. Əsla, belə deyil. Bunlar əslində Azərbaycanda sistem şəkilində görülmüş işlərə, vətəndaş məsuliyyətinə və ümumiyyətlə, cəmiyyətdə yaşanan hər bir məsələyə yeni baxışdır, yeni formada, yeni tərzdə fəlsəfi bir yanaşmanın başlanması deməkdir. Bu nöqteyi-nəzərdən islahlar prosesi heç də ela-belə elan olunmayıb. Görülmüş işlər bizləri o qədər böyük tellərlə inkişaf etmiş, artıq yüksək inkişaf səviyyəsində olan ölkələrlə bağlayıb ki, bu tellər ölkənin içərisində bütün sahələrdə dəyişdirilməsini tələb, vacib edən bir məsələ halına çətirib çıxarıb”.

Bu yerdə ölkə prezidentinin Novruz təbrikində islahatların davamlı olacağı, məhkəmə-hüquq sistemində, o cümlədən, təhsil və səhiyyə sahələrində də islahatlara start veriləcəyi ilə bağlı anonsuna toxunan S. Seyidov artıq məhkəmə-hüquq islahatları ilə bağlı ilkin addımların atıldığını deyib. Eyni zamanda, əlavə edib ki, digər sahələrdə də bunun davamlı olması lazımdır və bunlar da mütləq olacaq:

samad-metbuat kon-foto

“Məsələn, lokomotiv kimi öndə gedən, yəni, enerji sahəsində əldə olunmuş beynəlxalq təcrübəni Azərbaycana gətirilməsi və təbii ki, bunun davamlı olması üçün bu məsələni, yəni, təhsil və səhiyyə sahəsində də bunları təmi etmək lazımdır. Hətta, deyərdim ki, o iki məsələnin içərisində prioritet daha çox təhsildir. Əslində səhiyyə də nəticə etibarı ilə təhsil deməkdir. Bu nöqteyi-nəzərdən təhsilə diqqəti çox ciddi şəkildə yönəltməliyik və orada müasir standartlara cavab verən islahatlar aparmalıyıq. Bu məsələdə də hər birimiz öz məsuliyyətimizi bilməliyik…”.

S. Seyidov həmçinin bildirib ki, Azərbaycanın, dövlət başçısının apardığı apardığı siyasət, görülən işlər hamısı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilib, istiqamətləndirilib:

ILHAM-HARBI-1

ILYA_HARBI

“Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ problemi bizim xarci siyasətimizin, bütövlükdə dövlət siyasətimizin ən əsas prioritetlərindən biri hesab olunur. Son bir ildə də cənab prezidentin gördüyü işlər bu siyasətə həm iqtisadi, həm siyasi, həm hərbi nöqteyi-nəzərdən gözəçarpan bir güc verib. Ona görə bu gün gündəmdə olan danışıqlar, ermənilərin bir gün bir söz deməsi, səhəri gün başqa fikrə düşməsi, danışıqlarda iştirak edib, danışıqlardan dərhal sonra əldə olunmuş razılıqlardan imtinası, yenidən danışıqlar stolu arxasına əyləşməsi və onu tərk etməsi, bunlar hamısı Azərbaycanın apardığı siyasətin və gördüyü işlərin nəticəsi kimi qiymətləndirilməlidir…”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Münaqişənin həlli istiqamətində bütün təşəbbüslər dəyərləndirilməlidir” – SONA ƏLİYEVA

Read Next

Rafael Ağayev “Karate 1” seriyasından Premyer Liqa turnirində bürünc medal qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir