“Əsas məsələ Qafqazda güc balansının qorunması və davam etdirilməsidir…”-GƏNC POLİTOLOQ YADİGAR NAĞIYEV

TANAP və gizli planlar

Etikxeber.az-ın suallarını gənc politoloq Yadigar Nağıyev cavablandırır:

-Bildiyiniz kimi, 12 İyul tarixində Ermənistan silahlı qüvvələri bir daha atəşkəsi pozaraq və təxribata əl ataraq, Azərbaycan Silahlı Qüvvələrinə, sərhəddin Tovuz və Qazax istiqamətində hücumlar təşkil edib. Düşmənin hücum cəhdləri Azərbaycan silahlı qüvvələri tərəfindən puç edilməsinə baxmayaraq, istər beynəlxalq sistemdə baş verən hadisələr, istərsə də, Liviyada yaşananlar düşmən tərəfin əsas hədəflərini ictimaiyyətə çatdırır. Bəs bu beynəlxalq sistemdə baş verən hadisələr, Liviyada yaşananlar və düşmənin əsas hədəfləri nədir?

– Mövcud Covid-19 pandemiyasından əvvəl və sonra yaşanan hadisələr, beynəlxalq sistem havalandırmasının borusunu 1920-1939 cu illərdə olduğu kimi tıxadı. Məhz bu tıxanıqlıq, dövlətlərin artan xərci-azalan gəlirləri qarşısında bir çox politioloqların da qeyd etdiyi kimi, müharibə ilə təmizlənməli idi. Liviyada 2011 ci ildə başlayan 9 illik bir konflikt var. 9 il ərzində Liviya həm sahib olduğu miqrasiya hərakatlarının limanı olması, həm də enerji mərkəzinə çevrilməsi, digər dövlətlərin də müdaxiləsi ilə demək olar ki, çıxılmaz bir hal almışdır. 2 həftə əvvəl açıq bir şəkildə Fransız dəniz qüvvələrinin Türkiyə və Liviya hökümətinin birliyi qarşısında geri çəkilməsi, bir anda realizmin doğurduğu diplomatik eqoizmi və nifrəti yaratdı ki, Fransada fəaliyyətdə olan erməni lobbisi öz çıxarlarını güdəcək şəkildə Liviyada yaşadığı məğlubiyyəti Türkiyənin digər bir böyük layihəsindən çıxmaq istədilər.

Bu layihə də məhz TANAP idi. TANAP layihəsi Azərbaycan-Türkiyə maraqlarını qoruduğu kimi, Avropanın da çıxarlarını ödəyən bir enerji imkanına sahibdir. Bu layihənin təhlükəsizliyi isə ciddi mənada müasir qorunur və qorunmalıdır. Çünki bu, bizim milli maraqlarımızdır. Məhz erməni lobbisi, həm Ermənistan baş naziri Nikol Paşinyanın pandemiya zamanı azalan reytinqini yüksəltmək, həm də TANAP boru kəmərini təhlükəli göstərmək üçün xüsusilə, Tovuz və Qazax bölgəsini seçmişdilər. Xüsusilə vurğulanmalıdır ki, Fransa, Misir üzərindən gələcək qaz kəməri üçün bu addımları ata bilər. Amma bu addımın atılması həm Rusiya, həm də Azərbaycan-Türkiyə enerji maraqları üçün təhlükəlidir.

– Necə hesab edirsiniz, son günlər yaşanan gərginlik, lokal döyüşlər genişlənərək, ikinci Qarabağ savaşının başlanmasına, Rusiyanın Ermənistana tam-açıq dəstəyinə gətirib çıxar bilərmi? Və belə olarsa, Türkiyənin burada alacağı və oynayacağı rol nədən ibarət ola bilər?

Azərbaycan və Ermənistan ordularının gücü demək olar ki, bir-birinə zidd, əks vəziyyətdədir. Xüsusilə, biz bunu 2016-ci ilin Aprel döyüşlərində şahidi olmuşduq ki, Azərbaycan ordusu öz texnika-avadanlıqlarını ÜDM-dən (Ümum Daxili Məhsul), büdcədən böyük vəsait ayıraraq gücləndirdiyi təqdirdə, Ermənistan ÜDM-dən çox az bir hissəsini ordu üçün ayıra bilir. Bu, bizim düşmən ilə təkbətək gücümüzü göstərir. Amma əfsuslar olsun ki, düşmənin havadarları “5-ci kolon” adlandırılan qüvvələrin çirkin əməlləri, müxtəlif satqın bloggerlər və dezinformasiya vasitəsi ilə cəbhədə uduzduqlarını kompensasiya etməyə çalışır. Amma unutduqları bir şey var ki, nə dövlətimiz, nə də vətəndaşlarımız 1990-cı illərdə olduğu kimi zəifdir. Xüsusilə, bizim əks-kəşfiyat qrumlarımız böyük əzmkarlıqla mübarizə aparır.

Hesab edirəm ki, düşmənin havadarları bizimlə olan ringdə 4 dəfə məğlub oldular. 1. Cəbhədə, 2. Daxili birlik və bərabərlikdə, 3. TANAPın imicinin mühafizəsində 4. Xaricdə yaşayan azərbaycanlı iş adamlarının erməni lobbisinə vurduğu ziyanda. II Qarabağ müharibəsinin baş verəcəyini həm beynəlxalq aləmdə yaşananlara, həm də mövcud reallıqlara istinad edərək və insanlarımızın, beynəlxalq ictimaiyyətin “5-ci kolon” və erməni lobbisinin təxribatlarına inanmayacağına qədər gözləmirəm. Əksər düşünənlərdən fərqli olaraq, xarici siyasətdə sahib olduğumuz balanslı siyasət nəticəsində nəinki bizi, sadəcə, Türkiyənin, həmçinin, Rusiyanın da müdafiə edəcəyinə inanıram. Əsas məsələ Qafqazda güc balansının qorunması və davam etdirilməsidir.

Etikxeber.az

Read Previous

Orduya dəstək yürüşü zamanı ictimai qaydanı pozan bir qrup şəxs barəsində 3 aylıq həbs-qəti imkan tədbiri-SEÇİLDİ – FOTO-VİDEO – YENİLƏNİB

Read Next

“Tanrı peşəmizə, dövlət və xalqımıza olan sevgimizi sarsıtmasın…”-TANINMIŞ JURNALİST YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir