Əsgərov “Cəvahirat” baletində çıxış edəcək

Fevralın 16-da Sankt-Peterburqda xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş etdiriləcək.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində brilyant qaşa aid partiyanı həmvətənimiz Timur Əsgərov təqdim edəcək.

Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir və əsl mənasını yalnız bütöv halda kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda olub.

Etikxeber.az

Read Previous

NATO Trampı “öhdəliyinə sadiq olmağa” çağırdı

Read Next

“Davos”da on dəfədən artıq iştirak edən rəhbərlər üçün qəbul təşkil olundu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir