Əslən Cəbrayıllı, özü isə Kürdəmirli olan İkinci Vətən Müharibəsi Qəhrəmanı və Şəhidi-ZİYADXAN İBRAHİM OĞLU ƏLİYEV – FOTOLAR

Ziyadxan İbrahim oğlu Əliyev…

12 yanvar 1997-ci il təvəllüdlü…

Əslən Qarabağlı, Cəbrayıllı, Soltanlılı, özü isə Kürdəmir, Carlı doğumlu…

Ailənin 3 övladından biri…

Ali təhsilli, Texniki Universitetin (2014-2018-ci illər) məzunu…

İkinci Vətən Müharibəsinin iştirakçısı, Qəhrəmanı və Şəhidi.,,

2018-ci ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə getməli olsa da, səhhəti ilə bağlı əsgərliyində bir qədər gecikmə yaranıb…

Və bir il gec, 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb, bir ilinin tamamına, hərbi xidmətini başa vurmasına bir ay qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və bir Vətən sevdalısı kimi, ilk saniyələrdən, ilk anlardan da döyüşlərə atılıb…

Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib, çox həyatlar xilas edib və Suqovuşan uğrunda ağır döyüşlərdən birində, oktyabrın 1-də qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib…

Ailəsi ilə də axırıncı dəfə elə Şəhid olduğu gün, səhər tezdən 4-ə işləmiş, əvvəl atası İbrahim kişi ilə, sonra anası Müşgünaz xanımla danışıb…

Okytabrın 1-də, günorta saatlarında da ailəsinə Şəhidliyi xəbər verilib və axşam saatlarında nəşi Kürdəmirə, yeni köçdükləri evə, məcburi köçkünlər üçün salınmış binaya gətirilib…

Oktyabrın 2-də isə nəşi Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib…

Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub…

Ziyadxan həm də siyasətə maraqlı olub və bu maraq onu “REAL” Partiyasına gətirib, orada fəaliyət göstərib…

Həmçinin, Azərbaycanda milliyyətçi camiənin nümayəndələrindən olub…

***

Bu gün Kürdəmirə, Şəhid ailələrini növbəti ziyarətim zamanı Şəhid anaları-Simuzər xanım, Akifə xanım və İlhamə xanımla birgə Şəhidimizin, Ziyadxangilin ailəsinə də baş çəkdik…

Şəhidimizin ailə üzvləri, valideynləri ilə görüşdük, təxminən bir saata yaxın Şəhidimizin həyat və döyüş yolundan danışdıq, söhbətşləşdik, dərdləşdik…

Və bir daha Azərbaycanın Ziyadxan kimi, İgid, Qəhrəman, Vətən sevdalı övladı, Şəhidi ilə fəxr etdik, qürur duyduq…

Fəxrimiz, Qürurumuzdur-cəmi Vətən sevdalılarımız, Şəhidlərimiz kimi!

Ruhu qarşısında baş əyirik!

Allah Şəhidimizə qəni-qəni rəhmət, məzarını nurlu etsin, ailəsinə, valideynlərinə isə can sağlığı və səbrlər versin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

28.05.2021, Kürdəmir

Etikxeber.az

Read Previous

“Əgər görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik…”-İLHAM ƏLİYEV

Read Next

“Çox istərdik ki, övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı verilsin, eyni zamanda, onların adları, xatirəsi əbədiləşdirilsin”-ŞƏHİD MUSA VƏ TURAL HƏSƏNOVLARIN VALİDEYNLƏRİ ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir