“Əsl alim, əsl yazıçı, əsl şair təvazökar olmaz…”-deyən Xalq yazıçısı Çingiz Abdullayev bu fikirləri-AKADEMİK ZİYAD ZƏMƏDZADƏNİN “AZƏRBAYCAN İQTİSADİYYATI 100 İLDƏ” 5 CİLDLİYİNİN TƏQDİMATINDA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB

Millət vəkili, akademik Ziyad Səmədzadənin müəllifi olduğu “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyinin təqdimatı olub.

Təqdimat bu gün, 24 may 2022-ci il tarixində Bakı Biznes Mərkəzində baş tutub.

Qeyd edək ki, 5-ci cildlik “Qarabağ iqtisadiyyatı 100 ildə” adlanır.

Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində tanınmış ziyalılar, elm xadimləri, alimlər, millət vəkilləri, rəsmi şəxslər, media mənsubları iştirak ediblər.

Təqdimat mərasimini aparan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, adıçəkilən 5 cildlik həm iqtisadiyyatdır, həm də tarixdir.

“Bu gün biz böyük ziyalımız, təvazökar insan Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyinin təqdimatına yığışmışıq. Açıq deyim ki, belə tədbirlər üçün çox darıxmışıq. Çünki məlum səbəblərdən uzun müddət bir araya gələ bilmirdik. Onu da deyim ki, son iki ildə keçirilən təqdimatlar, tədbirlər tamam başqa əhval-ruhiyyədə olur. Biz bu təqdimatları, tədbirləri böyük qürur, fərəh hissi ilə, Qalib Azərbaycan vətəndaşları olaraq keçiririk. Bu qələbəni də heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev strategiyasının reallaşdırılması təmin etdi. Bu qələbini ölkə Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, dəmir iradəsi, cəsarəti təmin etdi. Bu qələbəni canlarını Vətən yolunda qurban vermiş 3 min Şəhidimiz təmin etdi. Şəhidlərimizin ruhları qarşısında baş əyirik, Allahdan onlara rəhmət, ailələrinə isə səbr diləyirik”-deyən Ə. Muradov bildirib ki, “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyi həm iqtisad elminə, həm tarix elminə, həm də bütövlükdə Azərbycan elminə və Azərbaycan xalqına verilən böyük töhfədir.

Qeyd edib ki, bu 5 cildlik uzun araşdırmaların nəticəsində ortaya qoyulub:

“Əslində iki il öncə bu təqdimat olmalıydı. Ancaq Ziyad müəllim gözləməyi, İkinci Vətən Müharibəsindən, tarixi Qələbimizdən sonra yaranan yeni reallığın bir daha nəzərə alınmasını, burada öz əksini tapmasını məqsədəuyğun bildi və nəticədə də belə mükəmməl bir 5 cildlik ortaya qoyuldu”.

Ə. Muradov eyni zamanda bildirib ki, bu gün Azərbaycanın sıçrayışlı inkişafını saxlaycaq, ləngidəcək bir qüvvə yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov təqdimat mərasimini tarixi hadisə adlandırıb.

“Fəxr edirəm ki, belə bir təqdimat mərasiminin, tarixi hadisənin iştirakçısıyam. Çünki elə bir fundamental mənbənin təqdimatına yığışmışıq ki, ona hər zaman ehtiyac duyulacaq, ona hər zaman istinad ediləcək”-deyə, A. Həşimov bildirib.

Adıçəkilən 5 cildliyin müəllifi Ziyad Səmədzadə isə öz növbəsində tədbir, təqdimat iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edib ki, 5 cildlik üzrərində uzun müddət işləyib, çalışıb, dəfələrlə orada dəyişikliklər, yeniliklər edilib və sonda belə bir iş ərsəyə gətirilib.

“Burada da deyildiyi kimi, biz 44 günlük Vətən Müharibəsi ilə böyük Qələbə qazandıq. Hesab edirəm ki, bu 5 cildlik Qələbəmizə verilən bir töhfədir”-deyən Z. Səmədzadə onu da deyib ki, Azərbaycanin iqtisadi müstəqilliyi, iqtisadi təhlükəsizliyi təmin edilməsəydi, böyük uğurlar, qələbələr də əldə edilə bilməzdi.

“Məhz əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin ölkə Prezidenti cənab İlham Əliyevin layiqincə davam etdirməsi nəticəsində böyük uğurlar, qələbələr əldə edildi və edilməkdədir. Ulu Öndər hələ 1997-ci ildə alimlərlə görüşündə demişdi ki, Azərbaycanın yeni tarixi yazılmalıdır. Sonra 2001-ci ildə növbəti görüşdə Ümummilli lider bir daha alimlər, elm xadimləri qarşısında bu məsələni qaldırdı. Bəli, buna ehtiyac varıydı. Elə hesab edirəm ki, bu 5 cildlik həm də Ulu Öndərin arzusunun, istəyinin reallaşdılmasına verilən bir töhfədir”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışında öncə belə bir mükəmməl 5 cildliyə görə Z. Səmədzadəyə minnətdarlığını bildirib.

“Mən Ziyad müəllimi uzun illərdir, hələ 40 il öncədən, onun qardaşı ilə bir yerdə işləyən vaxtlarımdan tanıyıram. O zaman Ziyad müəllim Mərkəzi Komitədə işləyirdi və bilirdim ki, orada belə bir böyük şəxsiyyət var. Sonra Ziyad müəllimi daha yaxından tanıdım, onunla qohum olduq. Onun necə böyük bir ziyalı olduğuna bir daha şahid oldum. Eyni zamanda “təvazökar” sözünün əleyhinəyəm. Əsl alim, əsl yazıçı, şair təvazökar ola bilməz. Alim ona görə təvazakör ola bilməz ki, onun elmi yaradcılığı ilə hər kəs tanış olmalı, bəhrələnməlidir. Yazıçı, şair ona görə təvazökar ola bilməz ki, insanlar onun yazdıqlarını oxumalıdır, bilməlidir. Əgər alimin elmi yaradcılığı, yazıçının, şairin əsərləri ilə tanış olunmayacaqsa, onda təvazökarlığın nə mənası qalır?! Ona görə deyirəm ki, əsl alim, əsl yazıçı, şair təvazökar ola bilməz”-deyə, Ç. Abdulayev sonra bildirib.

Təqdimat mərasimində həmçinin Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, tanınmış iqtisadçı alim Qorxmaz İmanov və digərləri çıxış ediblər.

Onlar Z. Səmədzadəyə belə bir 5 cildliyi ərsəyə gətirdiyi üçün öz minnətdarlıqlarını bildiriblər.

Ümumiyyətlə, çıxışlarda diqqətə çatdırılıb ki, kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə – müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilib. İkinci cilddə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb.

Kitabın III və IV cildlərində müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Oxucu SSRİ-nin dağılması ərəfəsində və ölkəmizin ilk müstəqillik illərində iqtisadi vəziyyətin nə dərəcədə ağır olması barədə kifayət qədər məlumatlar, sənədlərlə tanış olur.

Nəşrin IV cildində bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər – istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.

Qeyd edilib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstindən nəzərdən keçirilir.

Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfədir. Çünki beşcildlikdə bütün bunlarla bağlı zəngin materiallar var.

Təqdimat mərasimi iki saata yaxın davam edib.

14:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq…Ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur”-ZELENSKİ

Read Next

“3 min Şəhidimiz Qarabağı, Şuşanı görməyə-görməyə, tanımaya-tanımaya həmin torpaqları, işğal altındakı ərazilərimizi azad etdi…”-XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir