“Əsrin müqaviləsi”nin siyasi, iqtisadi və sosial tərəfləri – MİLLƏT VƏKİLİNİN BAXIŞI

1994-cü ilin sentyabrın 20-də imzalanan tarixi “Əsrin müqaviləsi”nin 25 ili tamam olur. Bu tarixi hadisədən keçən 25 il Azərbaycanın inkişaf və intibah illəri olub. “Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyətindən danışanda, ona  siyasi, iqtisadi və sosial prizmalardan yanaşmaq lazımdır. Çünki 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda Azərbaycan dünya ölkələri ilə  boy sırasında görünmürdü. Beynəlxalq tədbirlərdə Azərbaycanın adı çəkiləndə hamı maraqla baxırdı ki, görəsən, bu ölkə haradadır…

Yenicə mütəqillik qazanmış Azərbaycan daxili ziddiyətlərin artması, qarşıdurmaların gərginləşməsi üzündən beynəlxalq arenada transmilli şirkətlərin şübhə ilə yanaşdığı bir məkan kimi bir fikir formalaşdırmışdı. Amma Ulu Öndərin uzaqgörənliyi, təcrübəsi və iradəsi, cənab İlham Əliyevin dünyanın aparıcı neft şirkətlərini inandıra bilməsi  nəticəsində Azərbaycanda haqqında formalaşmış fikirlər, təsəvvür aradan qaldırıldı, tarixi “Əsrin müqaviləsini reallaşdırdı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov dilə gətirib.

Millət vəkili xatırladıb ki, bu müqavilədə ABŞ, İngiltərə, Rusiya, Norveç və Türkiyənin 11 şirkəti iştirak edirdi.

“Bu şirkətlər təmsil etdikləri ölkələrin beynəlxalq siyasətinin formalaşmasında həlledici rol oynayırdı. Təbii ki, belə böyük və təmsil etdikləri dövlətlər üçün əhəmiyyətli şirkətlərin Azərbaycanda yüz milyardlarla dollar məbləğində investisiyalar yatırması ölkəmizin qlobal təzyiqlərdən qorumasının qarantı oldu. Qısa bir zaman kəsiyində  Azərbaycanda siyasi sabitlik təmin edildi və ölkəmizin dünya xəritəsində yeri, “imzalar içində imzas”ı görünməyə başlandı. Azərbaycanın beynəlxalq arenada dostlarının sayı artmağa başladı.

Müqavilənin iqtisadi tərəfi haqqında danışarkən, mütləq şəkildə “Əsrin müqaviləsi” imzalanana qədər Azərbaycanın mövcud olan iqtisadiyyatına bir ekskurs etməyi vacib hesab edirəm. 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın dövlət büdcəsi qısa müddətdə boşalmışdı. Sovetlərdən miras qalmış əmlaklar da 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr tərəfindən talan edilmişdi. Müəssisələrin sovet dönəmində bağladığı müqavilələr qüvvədən düşmüşdü və yeni müqavilələr bağlanmadığından sənaye iflic vəziyyətə düşmüşdü. Kolxoz və sovxozların əmlakları dağıdılmışdı. Elektrik enerjisi təminatında böyük fasilələr baş verirdi. İndi isə Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.

Rabitə xidmətləri acınacaqlı vəziyyətdə idi. İndi isə rabitəmiz 100% elektronlaşdırılmış, kosmik sənayeyə malik ölkəyə çevrilmişik. Azərbaycanın təbii qaz ehtiyatları olmasına baxmayaraq, idxal olunan qazla bağlı yaranmış borca görə, qazlaşdırılmış məntəqələrə qazın verilməsi dayandırılmışdı. İndi isə Azərbaycan qaz ixrac edir. Ölkəni inkişaf etdirmək üçün ölkəmizin iqtisadi potensialı sıfır vəziyyətində idi. Amma 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra ölkəmizə gələn milyardlarla dollar investisya iqtisadiyyatımızın lokomotivinə çevrildi. Neft sənayemiz müasir texnologiyalarla yenidən quruldu. Enerji resusrslarımızı ixrac etmək üçün beynəlxalq kəmərlər çəkildi. Yeni karbohidrogen yataqları istismar olunmağa başlandı.Təbii ki, paralel olaraq qeri-neft sektorumuz da inkişaf etməyə başladı.

asrrr-1

azer badam-1

Məhz “Əsrin müqaviləsi”nin imzalanması  ölkə iqtisadiyyatına yüz milyardlarla dollar investisiya yatırılmasına imkan verdi. Nəticədə bu gün Azərbaycan diversifikasiya olunmuş iqtisadiyyata malik ölkəyə çevrilmişdir. Həm də valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır.

Müqavilənin sosial tərəfi isə daha genişdir. “Əsrin müqaviləsi” ölkə əhalisinin  maddi-sosial rifahının yaxşılaşmasına xidmət etmişdir. İşsizlik və yoxsulluq 50%-dən 5 %- düşmüşdür. İçməli su ilə təminat 20%-də 70%-ə qalxmışdır. Ölkə əhalisinin 96% – i təbii qazla təmin olunmuşdur. 3500-dən çox yeni məktəb və uşaq bağçası tikilmişdir. 640-dan çox səhiyyə müəssisəsi yenidən qurulmuşdur. Ölkə üzrə İdman-Olmpiya Kompleksləri tikilmişdir və Azərbaycan idman ölkəsinə çevrilmişdir.

Əhalinin pul gəlirləri dəfələrlə artmışdır. Ünvanlı sosial yardım prosesinə keçilmişdir. 15000 km-dən çox asfaltlanmış yeni yollar salınmışdır. Ümumiyyətlə, ölkəmizin siması  bütövlükdə dəyişmişdir. Bütün bunlar “Əsrin müqaviləsi”nin imzalanması nəticəsinə əldə olunmuşdur. “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılmışdır və  bundan sonra hələ uzun illər neft-qaz ehtiyatlarımız ölkəmizin inkişafına və xalqımızın firavanlığının təmin  olunmasına xidmət edəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“…Gələcək planları nəhəngdir” – MİLLƏT VƏKİLİ ÇİN SƏFƏRİNDƏN YAZDI

Read Next

UEFA Çempionlar Liqasında I tura yekun vuruldu – NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir