“Ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən bloggerlər var ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Mən təklif edirəm ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloggerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətrafı mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var.

“Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən bloggerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

TÜRKPA-nın komissiya iclası-ŞUŞADA KEÇİRİLƏCƏK?

Read Next

“Buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir