Əvvəl Karamollaoğlu ilə görüşdü, növbəti görüş isə Akşənərlə olacaq…

CXP lideri Kamal Kılıcdaroğlu “49-luq “Hayırçı”lar bloku”nu ziyarətə başlayıb.

O, ilk görüşünü Səadət Partiyasının genəl başqanı Təməl Karamollaoğlu keçirib.

kilicdaroglu-karamollaoglu-nu-ziyaret-etti-1

Etikxeber.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, K. Kılıcdarğolu CXP-lilərlə Səadət Partiyasının qərargahına gedərək, T. Karamollaoğlu və partiya rəsmiləri ilə görüşüb.

Görüşdən sonra qısa açıqlama verən partiya liderləri isə 2019-cu ilin prezident seçkiləri ilə bağlı müzakirə aparılıb-aparılmaması barədə sualı cavablandırmaqdan yayınıblar, sadəcə, deyiblər ki, bu, bir nəzakət görüşməsidir, seçkilərə də hələ xeyli zaman var…

Qeyd edək ki, K.Kılıcdaroğlunun ikinci görüşünün-ziyarətinin Türkiyənin nüfuzlu siyasətçilərindən olan Meral Akşənərlə olacağı bildirilir.

Etikxeber.az

Read Previous

Azərbaycan karateçilərindən üçü qızıl, ikisi isə bürünc medal uğrunda yarışacaq

Read Next

Karateçilərimiz ikinci bürünc medalı qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir