“Əyalət düşüncəsi, əyalət maraqları, yaxud, dar partiya və ya qrup maraqları arxada qalır…”-MİLLƏT VƏKİLİ, PARTİYA SƏDRİ YAZIR

Əməlli-başlı ölkədə politikoz (politicosis; “psixoz”, “toksokoz” və b. tibbi terminlər) xəstəliyi yayılıb və bu siyasi xarakterli xəstəlikdir, özlüyündə siyasətlə birtərəfli məşğuliyyəti, politomaniyanı (politicomania) ehtiva edir.

Politikoz- istənilən təzahürü siyasiləşdirməyə (incəsənət, elm, din, etika və s.), siyasətin əhəmiyyətini şişirtməyə, ondan mədəniyyətin bütün məzmununu çıxartmağa və ona insan həyatının bütün mənasını daxil etməyə meyillilikdir.

Politikoz siyasətçilərin dünyanı siyasi mübarizə, sui-qəsd, ideologiya və başqa kateqoriyalar üzrə düşünən siyasətçilərin peşə xəstəliyi ola bilər.İndi bu politikoz xəstəliyinin təzahürünü nədə görə bilərsən?

Diqqət yetirəndə görərsiniz ki, mənfi təzahürləri ilə yanaşı bu pandemiya ilə birlikdə əlverişli bir düşüncə dəyişimi fürsəti ortaya çıxmışdı.

Pandemiya həm də qloballaşmadan özünə baxış tələbinə qarşı özünə qayıdışla qlobllaşmaya baxış tələbi qoydu.

Özünü möhkəmlədərək qlobal dünyaya nə verəcəyin barədə düşünməyə çağırış etdi.

Bizdə də hər yerdə olduğu kimi, ənənəvi ziyalı düşüncəsi, həm də siyasətçi düşüncəsi bütövlükdə daxili siyasət məsələlərinə yönəlmişdi və tamamilə sosial istiqamətdə idi.

Dünya müharibəsinin toppsuz-tüfəngsiz variantı olan pandemiya hadisəsi düşüncənin beynəlxalq siyasətə yönəlməsini qaçılmaz edir, düşüncə dairəsi bəşəriyə çevrilir.

Əyalət düşüncəsi, əyalət maraqları, yaxud dar partiya və ya qrup maraqları arxada qalır.

Bu fürsəti də doğru dəyərləndirə bilməyənlər, əyalət düşüncəsini bəşəri düşüncə ilə əvəz edə bilməyənlər cəmiyyətə yön verməkdə də çətinlik çəkməyə başlayıblar.

Fazil MUSTAFA,

Millət vəkili, BQP-nin başqanı

Etikxeber.az

Read Previous

“Koronavirus təhlükəsinin oduğuna hələ də şübhəylə yanaşanlar qulağımızın dibində yaşanan dramdan-qonşu Dağıstandakı vəziyyətdən xəbər tutub ehtiyatlı, məsuliyyətli, ayıq davranacaqlar”-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi-HƏBS ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir