“Әla nәticәdi…” – RÖVNƏQ ABDULLAYEV

“Әla nәticәdi. Komandanı tәbrik edirәm”.

Etikxeber.az-ın yerli KİV-lərə istinadən məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.

Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: “Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq”.

Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib: “Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq”.

Etikxeber.az

Read Previous

ANS-in keçmiş əməkdaşına qarşı apellyasiya şikayəti təmin edilmədi

Read Next

Neftin qiyməti 53 dollara yaxınlaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir