1, 25 milyon avroluq cəza gəlir… – FRANSADA

Fransa parlamentində sosial şəbəkələrdə irqçi ritorika, antisemitizm və cinsi ayrı-seçkilik kimi nifrətdolu paylaşımların 24 saat ərzində aradan qaldırılmasını tələb edən qanun layihəsi müzakirə edilib. 

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa parlamentdə səsə qoyulan qanun layihəsinin deputatlardan 6-sı əleyhinə, 31-i leyhinə səs verib.

Deputalardan 4 nəfər isə bitərəflik nümayiş etdirərək heç bir münasibət bildirməyib.

Qanun layihəsinin  gələn həftənin çərşənbə axşamı Senatda müzakirə edilərək səsə qoyulacağı gözlənilir.

Onu da qeyd edək ki, sözügedən qanun tətbiq edilərsə, qərarı icra etməyənlər 1.25 milyon avro cəzalanacaq. 

Etikxeber.az

Read Previous

“Əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq…” – ƏFLATUN AMAŞOV

Read Next

1,8 milyardlıq sərvəti olan milyarder helikopter qəzasında həlak oldu… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir