1 ölü, 7 yaralı- Göygöldə toy vaya döndü

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan VAZ 2107” markalı avtomobillə “Niva” markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

Etikxeber.az-ın APA-nın qərb bürosuna istinadən məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Etikxeber.az

Read Previous

“Oğlan evi-2” filminin çəkilişləri yekunlaşdı

Read Next

Növbəti qanlı terraktın qarşısı alındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir