1 orden və 5 medallı Şəhid Emil Sadıqzadənin-MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTO-VİDEO

Bu gün Samuxun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək oğlu, iki bacının tək qardaşı, 1 orden və 5 medallı Emil Sadıqzadənin torpağa tapşırıldığı gündür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından biri il keçir.

Bu gün Emil Sadıqzadənin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Anım Günündə Emil Sadıqzadənin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Samux, Gəncə, Ağçabədi, Bərdə, Şamaxı və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az mərasimlərdən fotoları təqdim edir:

DƏRDLI, YARALI VƏ QÜRURLU ANA…ŞƏHİD ANASI…ŞƏLALƏ ANA…

ŞƏHİD VALİDEYNLƏRİ-QƏHRIMAN ANA VƏ QƏHRƏMAN ATA…

SÖZÜN BİTDİYİ YER…

DİVARDAN BOYLANAN CANLI FOTOLAR…

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

VƏ ANIM MƏRASİMİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Təbii qazın və elektrik enerjisinin qiymətləri-QALDIRILDI – YENİLƏNİB

Read Next

Ailənin tək oğlu, iki bacının tək qardaşı, bir orden və 5 medallı-ŞƏHİD EMİL SADIQZADƏNİN TORPAĞA TAPŞIRILMASLNDAN BİR İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir