“10-15 min vakant yer çıxarmaq bizim sistemdə mümkün deyil”-TƏHSİL NAZİRİ – YENİLƏNİB

Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlər yəqin ki, növbəti illərdə də 5000-7000 arasında olacaq.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, musiqi və təsviri sənət fənlərində daha çox vakant yer çıxara bilirlər.

“50 min adam müraciət edirsə və bizim 7000 vakant yerimiz varsa, 43 min adam bizdən narazı qalır. Heç də bu adamların hamısı işsiz deyil, onlar daha çox yerdəyişmıə üçün müraciət edir. Azərbaycanda 4400 məktəbdən təxminən 300-ü Bakıda, 500-ə yaxını Abşerondadırsa, kənd məktəblərinin sayı minlərlədir. Bu yerlərə də biz müəllimləri göndərmək istəyirik. Başa düşürük ki, xanımlar üçün ora getmək daha çətindir. Amma bütün məktəblərdə müəllimlər dərs deməlidir, həmin məktəblərdə yüz minlərlə uşaq oxuyur. 10-15 min vakant yer çıxarmaq bizim sistemdə mümkün deyil”-deyə, nazir sözlərinə əlavə edib.

17:59

***

Sonra “MİQ imtahanlarında əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplamaqdır”-deyən nazirin bildirdiyinə görə, yeniliklərdən biri budur ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq:

“Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s. Ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfindəyəm”.

Etikxeber.az

Read Previous

Prezident Təhsil Nazirliyinə 7 milyon manat-AYIRDI

Read Next

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir