10 bankın qorunan əmanətçilərinə 498 milyon manatdan artıq kompensasiya ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 19-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 50 milyon 977 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 18 milyon 070 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə 2 milyon 876 min manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Etikxeber.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 743 min manatdan artıqdır.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 876 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon manatı “Atrabank”ın, 1 milyon 876 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 232 milyon 469 min manatdan artıq kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 498 milyon 126 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Etikxeber.az

Read Previous

Prezident sahibkarlara səsləndi: “Məsuliyyətli olun”

Read Next

Stiv Çiobo: “İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə Avstraliya Ticarət Komissiyası böyük töhfə verə bilər”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir