10-cu qızıl medal…

Mayın 13-də cüdoçularımız IV İslam Həmrəyliyi Oyunlarında özlərinin altıncı, Azərbaycan milli komandasının isə 10-cu qızıl medalını qazanıblar.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın “Bakı-2017”də 10-cu qızıl medalı Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdoçu yarışında əldə edilib.

“Bakı-2017”də 70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı – Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.

Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Etikxeber.az

Read Previous

Medalları qaliblərə birinci vitse-prezident təqdim etdi…

Read Next

İlham Əliyev qalib idmançılara medalları təqdim etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir