“10 ildən çoxdur ki, PA-da siqaret çəkmək qadağan olunub” – SPİKER – YENİLƏNİB (5)

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirələrə çıxarıldı

Milli Məclisin (MM) aprelin 14-də keçirilən iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ətrafında çıxışlar ediblər.

Qeyd edək ki, layihə barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

hadi racabli-hadi

Etikxeber.az-ın xəbərinə görə, H. Rəcəbli qeyd edib ki, layihənin hazırlanması sosial tələbatdan irəli gəlir: “Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib. Kişilərin 67,5 qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Dözülməz hal da odur ki, bunun nəticəsi narkotik aludəçiliyinə gətirib çıxarır. Bu məsələlər də cəmiyyətin narazılığına səbəb olur. Sevindirici haldır ki, layihə son günlər mətbuatda müzakirəyə çıxarılıb və cəmiyyət tərəfindən dəstəklənib”. Komitə sədri deyib ki, Azərbaycanın tütün məhsullarına xaricdə maraq çoxalıb və layihənin qəbulu tütünün istehsalının heç də azaltmayacaq.

Onu da qeyd edək ki, qanun layihəsində ölkədə tütündən (siqaretdən) istifadənin qadağan olunduğu yerlər, tütün əleyhinə tədbirlər və sair bu kimi məsələlər yer alıb. Qanun layihəsi 17 maddə 3 Fəsildən ibarətdir.

Müzakirələr zamanı isə deputat Tahir Kərimli təklif edib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da siqaretin üzərində zərərinin təsviri əks olunsun.

Millət vəkili Musa Quliyev öz növbəsində  10-cu maddədə sanatoriya və xəstəxanalarda siqaret üçün qapalı yerlərin ayrılmasına etiraz edib: “Xəstə və həkimlərə siqaret çəkmək üçün şərait yaradırıqsa, o zaman bu qanunu niyə qəbul edirik?” M. Quliyev təklif edib ki, hər hansı müəssisə tələbi pozarsa, lisenziyası ləğv olunsun.

Deputat Tahir Rzayev bildirib ki, qanunda anlayışların ifadəsi daha dəqiqi verilməlidir.

Həmkarı Rüfət Quliyev  deyib ki, qanun layihəsinin sırf Rusiya modelindən götürüldüyünü deyib: “Burada çox sərt qadağalar var. Axı siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır. İaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır. Ən yaxşı anti-reklam odur ki, siqaret qutusunun zərində bir çox yazı gizlədilsin. Filtrsiz siqareti qəti qadağan eləmək lazımdır. Elm də sübut edib ki, filtrsiz siqaretin ziyanı filtrlidən 4 dəfə çoxdur”. Deputat tütünə qarşı mübarizə vasitəsi kimi siqaretin satış qiymətinin qaldırılmasını da təklif edib.

Millət vəkili Hikmət Məmmədov bildirib ki, siqaret böyük sosial bəladır və bu, narkomaniyanın başlanğıcıdır. Deputat sulu qəlyanın da tütünün qadağan olunduğu yerlərdə qadağan olunmasını təklif edib. H. Məmmədov siqaret çəkilməsi üçün qapalı yerlərin də tədricən ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

Deputat Qənirə Paşayeva  da sulu qəlyanla bağlı məhdudiyyətin olmasını təklif edib.

Millət İlham Əliyev müalicə müəssisələrində siqaret üçün qapalı yerlərin əleyhinə olduğunu bildirib: “Mən seçkili orqana qədər Prezident Administrasiyasında çalışmışam. Sizə deyim ki, artıq 10 ildən çoxdur ki, Prezident Administrasiyasında siqaret çəkmək qadağan olunub”.

oqtay-1

Sonda spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsi birinci oxunuşda qəbul olunduğu üçün təklifi olan yazılı formada təqdim etsin.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

Maliyyə vəsaitinin xərclənməsinə nəzarət mexanizmi güclənməlidir – MİLLƏT VƏKİLİ

Read Next

On bankın qorunan əmanətçilərinə 727 milyon manatdan artıq kompensasiya ödənildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir