Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Elgün Ağayar oğlu Abbaslı və Baxış İlqar oğlu Rəhimlinin Anım və Şəhadət günləri, Vahid Sahib oğlu Abbasovun isə Cənnətdəki beşinci doğum günüdür.
10 noyabr 2025-ci il tarixində Elgün Abbaslının Şəhadətindən, Baxış Rəhimlinin Əbədiyyətə uğurlanmasından beş il keçir.

Vahid Abbasovun isə 31 yaşı tamam olur.
Anım günləri ilə bağlı bu gün səhər saatlarında Elgün Abbaslının Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı, Baxış Rəhimlinin Bərdə rayonunun Bala Qacar kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.
Hər iki Şəhidin ruhlarına dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib.
Çıxışlarda Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Şəhidlərlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib, onların heç zaman unudulmadığı və unudulmayacağı dilə gətirilib.
Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Ailələrinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Elgün Abbaslının məzarını ziyarətdən sonra Sumqayıt şəhərində yerləşən Mərasim evində Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb.
Anım məclisində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Məktəblilər, yerli ziyalılar, tək övlad Abdulla Əhmədovun atası şair Hacı Əhməd Əhmədov tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər ifa edilib.
Kövrək, təsirli anlar yaşanıb.
Baxış Rəhmlinin məzarını ziyarətdən sonra isə ailəsinin Bərdə rayonunda yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Xatirə fotoları çəkdirilib.
***
Binəqədili Vahid Abbasovun Cənnətdəki beşinci doğum günü ilə bağlı səhər saatlarında uyuduğu Binəqədi qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar olunub, “Quran” oxunub, ailəsinə, doğmalarına Allahdan səbr dilənib.
Sonra Binəqədi qəsəbə məscidindəki Mərasim evində adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
***
Etikxeber.az xəbər verir ki, Elgün Abbaslı 1991-ci ilin may ayının 16-da Laçın rayonun Dəhyan kəndində anadan olub…
Ailənin iki oğlan övladından biri idi…
Tək qardaşı Nicat hazırda ailəlidir…
Bir yaşının tamamından iki gün sonra-1992-ci ilin 18 may tarixində Laçın rayonunun işğal olunması ilə bağlı öz doğma yurdlarından məcburi köçkün düşüblər, Sumqayıt şəhərinə üz tutublar…
Uşaqlıqdan hərb sənətinə böyük marağı olub…
Orta məktəbi bitirdikdən bir müddət sonra Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub…
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Şəhidliyinə kimi 7 il Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…
İkinci Vətən Müharibəsinin ilk günündən son gününə qədər döyüşlərdə olub…
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətlərində 44 günlük şərəfli döyüş yolu keçib…
Axırıncı dəfə ailəsi ilə noyabrın 10-da, İkinci Vətən Müharibəsinin başa çatmasından sonra, Şəhidliyindən isə saatlar öncə danışıb…
Həmin gün, axşam 5-7 radələrində də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 6 gün sonra, noyabrın 16-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub…
O, həm də ailəli, bir övlad atası idi…
Şəhid olarkən övladı-qızı – balaca Nəzrin cəmi 4 ayının içində olub…
***
Baxış Rəhimli 1996-cı ilin fevral ayının 19-da Bərdə rayonunun Bala Qacar kəndində dünyaya gəlib.
O da Elgün kimi ailənin iki övladından, iki qardaşdan biri olub.
Ali təhsilli qardaşı hazırda ailəlidir.
Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra qardaş Türkiyənin Kastamonu İqtisad Universitetində oxuyub, ali təhsilə yiyələnib.
Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına cəmi 4 gün qalmış İkinci Vətən Müharibəsi başlayıb.
Azərbaycan Ordusunun Əsgər kimi müharibəyə qatılıb, uzun və şərəfli döyüş yolu düz 43 gün çəkib.

Füzulidən Şuşayacan döyüş yolu keçib.
Axırıncı dəfə qardaşı ilə noyabrın 7-də, atası ilə noyabrın 9-da danışıb.
Elə həmin gün-noyabrın 9-da, Şuşa şəhəri azad edildikdən bir gün sonra, Qələbəyə cəmi saatlar qalmış Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 10-da Bərdənin Bala Qacar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən 4 medal-“Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Baxış həm də subay olub.
***
Vahid Abbasov isə 10 noyabr 1994-cü il tarixində-ziyalı ailəsində dünyaya gəlib…
Ailənin tək oğlu, iki bacının bir qardaşı olub…
Əslən Şəkili olsa da, özü Bakıda, Binəqədidə yaşayıb, 47 saylı orta məktəbə gedib…
Azərbaycan Ordusunun Əsgəri kimi Aprel döyüşlərinin iştirakçısı olub…
Eyni zamanda, İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə atılıb…
Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb…
Oktyabrın 21-də Cəbrayıl istiqamətində döyüşlərdə, saat 1-2 radələrində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…
Şəhidlik xəbəri isə ailəsinə oktyabrın 23-də xəbər verilib və ayın 24-də nəşi Binəqədi qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb…
Şəhidliyindən sonra medallarla təltif edilib…
Vahid də Baxış kimi subay olub…
Nurlar içində uyusunlar!
***
FOTOLAR:





***



***
















***













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





