10 təşkilatda konfranslar hələ keçirilməyib – YAP-DAN AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının hesabat-seçki konfransları yekunlaşmaq üzrədir.

Etikxeber.az bunu Trend-ə YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 74 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları artıq başa çatıb: “10 təşkilatda konfranslar hələ keçirilməyib. Noyabr ayının 15-ə qədər bu təşkilatlarda da konfranslar keçiriləcək və hazırda bu istiqamətdə işlər davam edir”.

YAP rəsmis bildirib ki, konfranslar nəticəsində bir sıra rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: “Dəyişiklik bu və ya digər səbəblər ilə əlaqədardır. Dünyasını dəyişən var, başqa işə keçənlər var, üzvlər tərəfindən mövcud ictimai-siyasi proseslərə cavab vermədiyi hesab olunanlar var və s. Konfranslar tam başa çatdıqdan sonra nə qədər təşkilat sədrinin dəyişdirildiyi dəqiq məlum olacaq”.

S.Novruzov bildirib ki, bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar:

“Konfranslar başa çatdıqdan sonra dekabr ayında son yekunlaşdırma işləri aparılacaq və növbəti ildən bilavasitə seçkilərə hazırlaşacağıq. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi texniki bazası yaxşılaşdırılsın”.

Etikxeber.az

Read Previous

X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi – FOTO

Read Next

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü hazırlanır – HƏMSƏDR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir