10 yaşlı Nurayın məsələsini Ombudsman nəzarətinə götürdü: “Uşaqlar bizim əmlakımız deyil…”

“10 yaşlı balaca Nurayla bağlı səhər tezdən bütün aidiyyatı qurumlarla danışırq. Ombudsman Elmira xanım, Quba rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə xanım, Quba rayonundan millət vəkili Vahid müəllimlə də geniş fikir mübadiləsi apardıq bu məsələ ilə bağlı. Bu məsələ artıq ciddi nəzarət altındadır və ümid edirik ki, baş verənlərlə bağlı ciddi tədbirlər görüləcək”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, balaca Nuraya lazımi yardım göstəriləcək.

“Rəxşəndə xanımla müzakirə zamanı bir çox önəmli nöqtələrə toxundu məsələ ilə bağlı. Ailə məsələsi olduğu üçün açıqlamaq istəmirəm. Sadəcə, bunu demək istəyirəm. Uşaqlar bizim əzizimiz, canımızın bir parçasıdır, amma əmlakımız deyil.

Onunla nə zaman, necə istəyirik, rəftar etmək doğru deyil. Onun duyğularını nəzərə almamaq, psixoloji durumuna önəm belə verməmək bunlar böyük yanlışdır”-deyə, millət vəkili sonra əlavə edib.

Etikxeber.az

Read Previous

Fazil Məmmədov yeni təyinatlara imza atıb…

Read Next

Nurayın xalası: “İlk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir