“101 il öncə quru torpaq üzərində yoxdan bir dövlət var oldu, var edildi…” – DEPUTAT

ELDƏNİZ SƏLİMOV: Bu gün dünyada Azərbaycana bir ehtiyac hissi var və bunlar bizləri sevindirməyə, qürurlandırmaya, zəfərlərdən-zəfərlərə çağırmaya bilməz

Bu gün Azərbaycan, Azərbaycan türklərinin, dünya azərbaycanlılarının ən gözəl, ən əlamətdar, ən tarixi günüdür.

Bu gün tarixdə quru torpaq üzərində yoxdan var olan, yoxdan var edilən-ilk müstəqil Azərbaycan dövlətinin-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma günü, ilk hürr Cümhuriyyətimizin doğum günüdür.

Hesab edirəm ki, bundan böyük tarixi gün,  bundan böyük tarixi hadisə olmaz.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov dilə gətirib.

ilyaaaaa

bayraqqqqq-777

Millət vəkili deyib ki, Məhəmməd Əmin Rəsulzadə başqda olmaqla, Cümhuriyyət qurucuları, böyük kişilər ikiyə bölünmüş, ikiyə parçalanmış  Azərbaycanın bir hissəsində, Şimal Azərbaycanda müstəqil dövlətimizi, müstəqil dövlətçiliyimizi qurdular, yaratdılar.

“Həmin gün-28 may 1918-ci il Azərbaycan tarixinə ən gözəl günü kimi qızıl hərflərlə yazıldı.

Cəmi 23 yaşasa da, ömrü qısa olsa da, AXC Azərbaycan xalqının həyatında və tarixində çox böyük rol oynadı, çox dərin izlər buraxdı. Dünya Azərbaycan adlı xalqın və dövlətin varlığı ilə bir tanış oldu.

Həm də bu dövlət nəinki özü üçün, bütövlükdə müsəlman-şərq aləmi, ümumlikdə dünya üçün bir sıra ilklərlə imzasını imzalar içində ləyaqətlə və şərəflə yazdırdı.

ilyaaaaa-4

ELDENIZ-1

Cənab prezidentin də dünən bəyan etdiyi kimi, “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır…”.

Az yaşadı, amma şərəfli, şanlı, qürurlu yaşadı bu dövlət.

Və düz 71 il sonra, 1991-ci ilin avqustun 30-da dünya ikinci müstəqil Azərbaycanın varlığına şahidlik etdi, Azərbaycan adlı müstəqil dövlət yenidən Günəş kimi cahana, Yeri üzünə doğdu, parladı.

Bununla həm Cümhuriyyət qurucularımızın ruhları şad oldu, həm də Azərbaycanın müstəqilliyi uğrunda canlarını göz qırpmadan fəda edən istiqlal fədailərinin, 20 Yanvar şəhidlərinin, digər şəhidlərimizin qanları yerdə qalmadı, nakam arzuları çin oldu.

Artıq 28 ildir ki, müstəqil dövlətimiz var.

O dövlət ki, bu gün dünyada sözü, nüfuzu ilə hesablaşılır, o dövlət ki, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin fədakar xidmətləri sayəsində dünyanın dini və milli tolerantlıq mərkəzinə, siyasi, hərbi, humanitar, iqtisadi dialoq məkanına çevrilib, o dövlət ki, bir çox nüfuzlu beynəlxalq və regional, özü də çeşidli, ən müxtəlif toplantılara, yarışlara, tədbirlərə, forumlara ev sahibliyi edir.

Bu gün dünyada Azərbaycana bir ehtiyac hissi var və bunlar bizləri sevindirməyə, qürurlandırmaya, zəfərlərdən-zəfərlərə  çağırmaya bilməz.

Yaşasın, 101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti, yaşasın, Cümhuriyyət qurucuları, yaşasın,  müstəqil Azərbaycan, yaşasın, Heydər Əliyev və İlham Əliyev siyasəti!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Rəsulzadəyə heykəl qoyulsun, yeni “Cümhuriyyət” prospekti yaradılsın – YAP-ÇI DEPUTAT

Read Next

Müstəqillik Vətənimizin inkişafı üçün başlıca şərtdir – MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir