“Əmək” ordenimiz də olacaq…

Azərbaycanın inkişafında müstəsna əməkləri olan şəxslərin mükafatlandırılması ilə bağlı ali mükafat – orden təsis olunur.

Etikxeber.az məlumat verir ki, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Əmək” ordeni təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliyə əsasən, “Əmək” ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək. Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.
“Əmək” ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda “Vətənə xidmətə görə” ordenindən sonra taxılır.
Layihə MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Barat Nuriyevin avtomobilini qarət edən şəxs tutuldu – FOTO

Read Next

Nazir müavini: “Qlobal çağırışlar “Gənclər siyasəti haqqında” qanuna dəyişiklikləri zəruri edir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir