“102”-yə müraciətimin səbəbi bu olub…”-Pənah Hüseyn “Pənah Hüseynin ofisində insdent” məsələsinə-AYDINLIQ GƏTİRDİ

Mənə dalbadal bir neçə zəng oldu. Məlum oldu ki, Əvəz Zeynallının fb profilində paylaşdığı “Pənah Hüseynin ofisində insdent” başlıqlı statusu ilə bağldır. Əvəz Zeynallı baş verən faktı əsasən təsvir edib ( Həmin gün, əvvəlcədən Tural Abbaslı və Əvəz Zeynallı ilə ofis kimi istidə etdiyim ünvanda görüşməyi planlaşdırmışdıq və Əvəz bəy haqqında yazdığı hadisədən bir az sonra ora gəlmişdi və baş verəndən bu şəkildə bizdən xəbər tutmuşdu). Sözün doğrusu başqa şəraitdə olsaydı, buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı. Ancaq arada buradan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm, İki gün əvvəl də burada 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV- də getmişdi.

Etikxeber.az-ın xəbərinə görə, bunu sabiq deputat, eks-Baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn öz sosial şəbəkə hesabında yazıb.

O, sonra bunları qeyd edib:

“Gecə saat 11 civarında səs- səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir-iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir, (hamı bilir ki, mən, ümumiyyətlə, heç vaxt spirtli icki içmirəm, üstəlik Ramazandır, bu gün də Ramazan bayramıdır), Tural Abbaslını ona və yanındakılara fiziki hücumda ittiham edir …Keçir “siyasətə”…. İstər- istəməz, ola bilsin təşkil olunmuş bir fitnəkarlığın yaşandığı təəssüratı yaratdı…Və mənim “102”-yə müraciətimin də səbəbi bu olub… Ümumiyətlə isə biz belə şeylərlə çox rastlaşmışıq və narahat olanlara təşəkkür edərək, işimizə davam edirik deyirəm. Mən həmişə çalışmışam ki, olduğum yerdə fəaliyyətimizdən kimsəyə rahatsızlıq gəlməsin, olmasın, olmayıb və bundan sonra da olmaz. “İnsident”i isə aydınlaşdırarıq…”.

Qeyd edək ki, tanınmış jurnalist Əvəz Zeynallının “PƏNAH HÜSEYNİN OFİSİNDƏ İNSİDENT!” adlı statusunda bunlar qeyd olunub:

“Buna təxribat da demək olar. Nələr olur son günlər? Bir-birinin ardınca müstəqil və tənqidçi media rəhbərlərinə gələn ölüm təhdidlərindən sonra bu gün bir hadisə də baş verib. Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin ofis kimi istifadə etdiyi AXP qərargahında bir “qonşu” qadının “təxribat”ı baş verib. Axşamçağı ofisə gələn Pənah Hüseynlə AĞ Partiyanın başqanı Tural Abbaslı özünü “qonşu” kimi təqdim edən bir qadının – belə demək mümkündürsə hücumuna məruz qalıblar. Xeyli sual verən “qonşu” az keçməyib ki, Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir? 9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə isə heç bir zaman bu sayda adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib.

Məsələnin rənginin siyasi çalarlı olduğunu düşünən siyasi partiya rəhbərləri dərhal 102-yə məlumat veriblər və polis bir müddətdən sonra əlaqə saxlayaraq səhər (bu gün) Pənah Hüseyni 5-ci bölməyə dəvət edib (o ayrı məsələdir ki, DİN Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncam verib). Maraqlıdır, ölkədə doğrudan da, nələr baş verir? Həm Pənah Hüseyn, həm də Tural Abbaslı prezident İlham Əliyevin də dəstəklədiyi dialoq mühitinin içində yer alırlar. Onlar Ədalət Vəliyevlə görüşüblər və ölkədə siyasi qüvvələr arasında dialoq olması üçün ilkin söhbətlər aparıblar. İndi ortaya çıxan bu “qonşu” qadın isə görünür ki, kimlərsə tərəfindən öyrədilib? Sual yaranır – kimlər?!”

Etikxeber.az

Read Previous

“Bu şəkil “Nicat” cəmiyyətinin keçirdiyi ll Müəllimlər qurultayında çəkilən kollektiv şəkildən götürülüb”-SOLMAZ RÜSTƏMOVA-TOHİDİ

Read Next

Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası-HƏDİYYƏ ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir