Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Etikxeber.az verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Deputatlığa namizədliyi irəli sürülənlərdən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.
Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-də başa çatıb.
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-nə təyin olunub.
***
“Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq”.
Bu barədə də M. Pənahov deyib.
MSK sədri bildirib ki, azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi yaradılıb:
“Həmin ərazilərdə bərpa işləri çox sürətlə gedir. Amma o ərazilər minalanıb. Neçə-neçə vətəndaşımız mina partlamasında həlak olur, amma dünya buna susur”.
Etikxeber.az