105 yaşlı və 80-dən çox nəvəsi olan seçici də referenduma qatıldı

Qusar rayonunun Bədişqala kənd sakini, 105 yaşlı Bəsbəyi Döndərova seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bəsbəyi nənə 51 saylı Qusar seçki dairəsində qeydiyyatda olan ən yaşlı seçicidir.

39 saylı seçki məntəqəsində səsvermə hüququnda istifadə edən Bəsbəyi Döndərovanın 8 övladı, 80-dən çox nəvə və nəticəsi var.

51 saylı Qusar seçki dairəsinin ən yaşlı seçicisi AZƏRTAC-a müsahibəsində bu vaxta qədər keçirilən bütün seçkilərdə də fəal iştirak etdiyini bildirib.

Qeyd edək ki, 39 saylı seçki məntəqəsində, ümumilikdə, 755 seçici qeydiyyatdadır. Onlardan bir nəfər 100 yaşından yuxarı, bir nəfər isə 18 yaşı yeni tamam olan gəncdir.

Etikxeber.az

Read Previous

Vitse-spiker də səsvermə hüququndan istifadə edib- FOTOLAR

Read Next

Qənirə Paşayeva bu gün iki gənci qovuşduracaq – TOY

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir