106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-DAHA İKİ NƏFƏR DÜNYASINI DƏYİŞDİ

Azərbaycan Respublikasında 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Etikxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2399 nəfər müalicə olunaraq sağalmış, 46 nəfər vəfat etmiş, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 test aparılmışdır.

Etikxeber.az

Read Previous

4 nəfərə Dövlət Mükafatı-VERİLDİ – SƏRƏNCAM

Read Next

Qənirə Paşayeva son 8 gündə 200-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü-DANIŞDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir