Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprelin 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, iclası açan sözügedən komitənin sədri, profsessor Hadi Rəcəbli bildirib ki,
Onun sözlərinə görə, Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə düzgün və müdrik seçim edərək, ölkə Prezidenti İlham Əliyevə səs verdi:
“Bu, hər birimizin ürəyindən olan bir məsələdir. Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevə səs və 7 illiyinə manat verməklə, həm də öz gələcək uğurlu inkişafına səs vermiş oldu. Azərbaycanımız bununla dünyada öz nüfuzunu, öz inkişafını bir qədər də artırmış olacaq. Növbəti 7 ildə də uğurlarımız, zəfərlərimiz bol olacaq”.
Adıçəkilən komitənin üzvü, professor Jalə Əliyeva da saytımıza açıqlamasında bir daha 11 aprel seçkilərinin Azərbaycan xalqının və dövlətinin tarixində böyük rol oynadığını qeyd edərək, bunu demokratiyanın yeni təntənəsi kimi dəyərləndirib.
O, qeyd edib ki, Azərbaycan xalqının seçimi öncədən bəlli idi və 11 aprel bunun əyani təsdiqi oldu:
“Çünki başqa cür də ola bilməzdi. Azərbaycan xalqı öz alternativsiz liderinə səs verərək, öz dəstəyinin, öz sözünün arxasında dayandı və dünyaya da göstərdi, bəyan etdi ki, kimsə onun seçiminə müdaxilə, təsir edə bilməz. Onun seçimi birmənalıdır və bu seçim də cənab İlham Əliyevdir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az