11 dəfə amnistiya aktı qəbul edilib, 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb – SON 22 İLDƏ

Bu günə qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədri, YAP rəsmisi Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, ən son Amnistiya Aktı isə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Onun sözlərinə görə, bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olunub.

“Bu, Heydər Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyətində humanizm prinsipləri xüsusi yer tutur. Fondun yarandığı vaxtdan etibarən həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri də ardıcıl olaraq humanist addımların atılmasıdır.

Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, Amnistiya Aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, onlar minlərlə insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, humanist addımlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər”-deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ötən gün baş vermiş iki yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb – DİN

Read Next

Azərbaycan-Türkmənistan əlaqələri nə vəd edir? – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir