11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərir-BU GÜNDƏN

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.

Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a bildirilib ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir.

Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.

Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olub.

Etikxeber.az

Read Previous

Bir anlıq özünü itirdi, qıpqırmızı qızardı…Və sərt şəkildə cavab verdi ki, bu sual təxribat xarakterlidir, yalandır…-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

İrəvan və Moskva ilə razılaşdırılan “təyinatlar”-BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir