Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım günləridir.
Bu gün-11 noyabr 2025-ci il tarixində Bərdə rayonundan olan Aqil Mətləb oğlu Quliyevin, əslən Tərtər rayonunun Umudlu kəndindən (həm də Bərdənin Hacılı kəndindən) Elvin Şamil oğlu Abbasovun, əslən Qubalı, özü isə Xaçmaz rayonundan olan Kərəm Səddar oğlu Veyisovun və Kürdəmir rayonundan olan Pəhli Xaləddin oğlu Qəribovun Əbədiyyətə uğurlanmalarından beş il keçir.
Beş il öncə-11 noyabr 2020-ci il tarixində adları çəkilən Şəhidlər Əbədiyyətə uğurlanıblar.
Etikxeber.az-ın xəbərinə görə, Aqil Quliyev 2000-ci ilin dekabrın ayının 3-də, Elvin Abbasov 1992-ci ilin may ayının 6-da, Kərəm Veyisov 1998-ci ilin dekabr ayının 11-də, Pəhli Qəribov isə 1993-cü ilin 17 sentyabr tarixində dünyaya gəlib.
Pəhli Qəribov ailənin iki övladından biri və tək oğlu olub.
Kərəm Veyisov və Elvin Abbasov da ailənin iki övladından, iki qardaşdan biri idi.
Aqil Quliyev isə ailənin üç oğlan övladından biri olub.
Pəhli Qəribovla Elvin Abbasov ailəli, Aqil Quliyevlə Kərəm Veyisov subay idilər.
Pəhli Qəribovun bir övladı, Elvin Abbasovun iki övladı Vətənə əmanət qalıblar.
Hər dörd Şəhid orta təhsilli olublar.
Aqil Quliyevlə Elvin Abbasov hərbçi, Pəhli Qəribov və Kərəm Veyisov isə sıravi olublar, müxtəlif sahələrdə çalışıblar.
Kərəm Veyisov həm də peşəkar idmançı, məşqçi, üçqat dünya, dörd dəfə ölkə çempionu olub.
O, Azərbaycan budo döyüş növləri üzrə məşqçilik və kəmər idman seminarında xüsusi bacarıq nümayiş etdirərək, “1-ci Dan qara kəmər”ə və məşqçi “C” kateqoriyasına layiq görülüb
Aqil Quliyevlə Elvin Abbasov İkinci Vətən Müharibəsində hərbçi kimi, Kərəm Veyisov və Pəhli Qəribov isə könüllü olaraq, iştirak ediblər.
Adları çəkilən Şəhidlərin hamısı Şuşada və Şuşa istiqamətində Şəhidlik məqamına ucalıblar.
Kərəm Veyisov Xaçmazın Qaraqurdlu qəbiristanlığında, Aqil Quliyev Bərdə rayon Şəhidlər Xiyabanında, Pəhli Qəribov Kürdəmir rayon Şəhidlər Xiyabanında, Elvin Abbasov isə Bərdənin Hacılı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıblar.
Hər biri Şəhidliklərindən sonra bir neçə medalla təltif olunublar.
Aqil Quliyev həm də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Aqil Quliyevin dayısı Birinci Qarabağ Savaşının itkin Şəhidlərindəndir.
***
Bu gün həm də əslən Laçınlı, özü isə Bərdəli olan Ceyhun İsmayıl oğlu Rzayevin Anım Günüdür.
Evin-ailənin iki övladından biri və tək oğul Ceyhun Rzayev 1994-cü ilin sentyabr ayının 16-da Bərdə şəhərində dünyaya gəlib…
Ailədə bir bacı, bir qardaş olublar…
Əsgərliyi, hərbi xidməti də daxil olmaqla, həyatının 8 ildən çoxunu hərbə bağlayıb…
Daxili Qoşunların Xüsusi Təyinatlısı olub, Gizir hərbi rütbəsini daşıyıb…
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb…
Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd və Şuşa istiqamətlərində vuruşub…
Ailəsi ilə də axırıncı dəfə noyabrın 2-də danışıb…
Şuşanın azad olunmasına cəmi saatlar qalmış minamyot qəlpəsindən ağır yaralanıb və Şəhidlik zirvəsinə ucalıb…
Ancaq nəşi 3 gün sonra, noyabrın 11-də ailəsinə təhvil verilib və elə həmin gün Bərdə şəhər Şəhidlər Xiyabanında əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 4 medalla-“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub…
Ceyhun həm də subay olub.
Nurlar içində yatsınlar!








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





