11 oktyabr: Növbəti erməni vandalizmi-Gəncədə yaşadılan növbəti insanlıq dramı – CANLI ŞAHİDLƏR, DAĞIDILMIŞ EVLƏRİNƏ KEŞİK ÇƏKƏNLƏR…- FOTOLAR

İlk “humanitar atəşkəs”in elan edilməsindən heç bir sutka keçməmiş murdar, mənfur, insan qanından gözləri doymayan ermənilər və faşist, terrorist, vassal Ermənistan Azərbaycanın qədim, ikinci baş şəhəri olan Gəncə şəhərini qadağan olunmuş silhalarla-raketlərlə atəşə məruz qoymaqla, burada növbəti barbarizmə, vandalizmə, müharibə cinayətinə əl atdılar, insanlıq dramı yaşatdılar.

Oktyabrın 10-dan 11-nə keçən gecə, insanlar yuxudaykən, yataqdaykən ermənilər tərəfindən Gəncədə yaşadılan növbəti vandalizm, barbarizm aktında 10-dan çox mülki, dinc insan qətlə yetirildi, 40-dan çox insan ağır yaralanaraq, müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanlara yerləşdirildi, evlər, iş yerləri, iaşə obyektləri, mağazalar yerlə-yeksan edildi, xarabazarlığa çevrildi.

Həmin insanlıq dramını, növbəti erməni barbarlığı və vandallığını yaşayan, qanlı 11 oktyabr gecəsinin canlı şahidləri, evləri raket zərbələrinə məruz qalanlar arasında Gəncə sakinləri-1965-ci il təvəllüdlü Kəngərli Elsevər Rəşid oğlu və Cəfərov Eldəniz Əkbər oğlu da var.

Hər ikisinin də evləri raket zərbələri nəticəsində ciddi dağıntıya məruz qalıb, yaşanmaz hala gəlib.

Eldəniz Cəfərov həmin gecə oğlu ilə mənzilində olub və evləri dağılsa da, özləri Allahın möcüzəsi sayəsində sağ-salamat qurtula biliblər.

Hazırda dövlət hesabına müvəqqəti kirayədə yaşayırlar.

Elsevər Kəngərli isə həm özü, həm də həm həyat yoldaşı həmin gecə ciddi bədən xəsarətləri alıblar, ölümün eşiyindən dönüblər.

Həmin gecə evdə özü, həyat yoldaşı, tək övladı olan qızı və qayınanası olub.

“Mən çiynimdən yaralandım, tikiş qoyublar, güclə ayaq üstə dayanıram…Yoldaşımın isə yoğun bağırsaqlarına şüşə qırıntıları girmişdi, cərrahiyyə əməliyyatından yeni çıxıb…”-deyə, o, bildirir.

Evləri yaşanmaz hala gəldiyi üçün dövlət hesabına kirayədə yaşayırlar.

Amma həm Elsevər, həm də Eldəniz həmin gündən bir an olsun belə, yaşadıqları ərazini, evlərini sahibsiz qoymayıblar.

Hər gün səhərdən axşama kimi gəlib evlərinə, raket zərbələrindən dağılmış, xarabazarlığıa çevrilmiş əraziyə necə deyərlər, keşik çəkirlər…

Onlar özlərini bu cür ovudurlar, bu cür təsəlli tapırlar və Gəncənin, gəncəlilərin də qisasının yerdə qalmayacağına bir an olsun belə, inamlarını itirmirlər…

Dövlətə, Orduya inam tamdır, birmənalıdır.

Bəli, qəhrəman, müzəffər, şanlı, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında hər gün döyuş bölgəsində ard-arda Qələbələr, Zəfərlər yazmaqla, qazanmaqla həm də Gəncənin və gəncəlilərin qisası alır və bundan sonra da alacaq.

Qələbə bizimdir, Qarabağ Azərbaycandır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

21 oktyabr 2020-ci il, Bakı-Goranboy-Gəncə-Goranboy-Bakı

Etikxeber.az

Read Previous

“Zəngilan, Qubadlı və Laçın rayonlarının atəşə tutulması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır”-HİKMƏT HACIYEV – YENİLƏNİB

Read Next

Tanınmış ictimai-siyasi xadim Hadi Rəcəblinin 73 yaşı tamam olur-BU GÜN – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir