Ailənin iki övladından biri, subay, bir orden və dörd medallı-ŞƏHİD SƏBUHİ ORUCOV – ŞƏHİDİN AİLƏSİ SOSİAL XİDMƏTLƏR AGENTLİYİ TƏRƏFİNDƏN NİYƏ İNCİDİLİR, ADININ OXUDUĞU MƏKTƏBƏ VERİLMƏSİ NİYƏ GECİKDİRİLİR? BUNLARA SON QOYULACAQMI, SON QOYAN OLACAQMI? – FOTOLAR

Bu gün-2 iyul 2022-ci il tarixində, günorta saatlarında daha bir Şəhid ailəsində oldum…

Əslən İsmayıll rayonunun Lahıc qəsəbəsindən olan və Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan (yaşamış) Səbuhi Vahid oğlu Orucovun ailəsini, valideynlərini ziyarət etdim…

Qeyd edim ki, Şəhidimizin anası Narınc xanımla bir neçə ay öncə Bakıda-Şəhid məclislərindən birində tanış olmuşdum…

Və söz vermişdim ki, bir gün onları da ziyarət edəcəyəm…

Və söz verdiyim kimi, bu gün Şəhidimizin ailəsinə baş çəkdim, onları ziyarət etdim…

Ziyarət zamanı Şəhidimizin ailəsinə bir daha başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin ailəsi ilə təxminən iki saata yaxın dərdləşdim, söhbətləşdim…

Şəhidimizin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna bir daha ekskurs edildi, bir daha nəzər salındı söhbət zamanı…

Şəhidimizin anasını, dərdli, kədərli, həm də Qürurlu, Dik duruşlu Narınc xanımı dinlədikcə bütün Şəhidlərimiz kimi Səbuhi də bir daha gözümdə Ucaldı, Zirvələrə qalxdı…

Zatən bütün Şəhidlərin, Şəhidlərimizin yeri Ucalarda, Zirvələrdədir…

Bir daha Şəhidlərimizlə, Səbuhi ilə Fəxr etdim, Qürur duydum…

Onsuz da qısa, lakin şərəfli həyatlarında, yarımçıq qalan ömürlərində əməlləri, İgidlikləri, Qəhrəmanlıqları ilə hər bir kəsin Fəxr, Qürur mənbəyinə, örnəyə çevriliblər Şəhidlərimiz, Səbuhilərimiz…

Hər zaman, hər daim Fəxrimiz, Qürurumuzdurlar!

***

Onu da qeyd edim ki, Şəhidimiz 1993-cü il yanvarın 20-də Bakı şəhərində, Bülbülə qəsəbəsində anadan olub.

Ailədə iki övlad, iki qardaş olublar…

2000-2011-ci illərdə Bülbülə qəsəbində yerləşən 232 87 saylı orta məktəblərdə oxuyub…

Orta məktəbi bitirdikdən sonra, 2011-2013-cü illərdə Tərtər rayonunda hərbi xidmət keçib…

Xidməti başa vurduqdan sonra  Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda müddətdən artıq hərbi qulluqçu (MAXE) olaraq çalışıb…

Və İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib…

Müharibə başlayan gün, 2020-ci il sentyabrın 27-də anası ilə danışanda, sadəcə, təlimlərdə olduğunu, “məndən nigaran qalma ana, hər şey yaxşıdır” -deyib.

Füzuli, Cəbrayıl, Laçın, Qubadlı rayonları istiqamətində döyüş, vuruşub…

Misilsiz İgidliklər, Qəhrəmanlıqlar göstərib, nümayiş etdirib…

Adıçəkilən rayonların-bir çox yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edib…

Axırıncı dəfə isə ailəsi, anası Narınc xanımla Şəhidliyindən iki gün öncə, 24 oktyabr tarixində danışıb…

Və 2020-ci ilin oktyabrın 26-da Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 27-də Bülbülə qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Səbuhi həm də subay idi…

Şəhidliyinin biri ilinin tamamına cəmi günlər qalmış Səbuhi Orucovun ailəsinin yaşadığı binanın yaxınlığında adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

Oxuduğu, təhsil aldığı məktəbə, 87 saylı ota məktəbə də Səbuhi Orucovun adının verilməsi gözlənilir… Ancaq bu məsələ xeyli vaxtdır ləngiyir və Şəhidimizin ailəsi bu məsələnin artıq reallaşmasını istəyir…

Eyni zamanda, Şəhidimizin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmət Agentliyi tərəfindən xeyli vaxtdır get-gələ salınır, haqsızlığa məruz qalır…

Səbuhi Orucovun ailəsi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ev-mənzil növbəsinə götürülsə də, müvafiq Sərəncam verilsə də, Sosial Xidmətlər Agentliyi heç bir tutarlı səbəb və əsas gətirmədən Şəhidin, Şəhid ailəsinin Haqqı olan mənzil məsələsini problemə çevirir, mənzil verməkdən imtina edir…

Bu isə Şəhidin ailəsini, övlad acısı yaşayan Şəhid anasını haqlı olaraq, çox üzür, çox incidir…

Odur ki, artıq bu məsələ öz həllini tapmalı, Sosial Xidmətlər Agentliyi bəhanələri bir kənara qoyub, Şəhidin, Şəhid ailəsinin Haqqı olan mənzil məsələsini müsbət həll etməlidir…

Artıq sözə, bəhanəyə vaxt, zaman, ehtiyac yoxdur, konkret qərar vaxtıdır!

***

Şəhidimizin ruhu şad, məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Səbuhi də. Səbuhilər də var olacaq, bizimlə, bizlərlə yaşayacaqlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Azərbaycan vətəndaşının 4 il əvvəl Kiyevdə qətlə yetirilməsi barədə-MƏLUMAT YAYDI

Read Next

“23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”-DAXİLİ İŞLƏR NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir