12 noyabr Azərbaycan dövləti və cəmiyyəti üçün nə deməkdir? – MÖVQE

Müəllifi Ulu Öndərimiz olan ilk müstəqil Konstitusiyamızın qəbulundan 24 il keçir, bu tarixi hadisədən bizləri 24 illik zaman məsafəsi ayırır. 12 noyabr 1995-ci il tarixində qəbul edilən ölkə Konstitusiyası Azərbaycanın ən ali hüquqi sənədi, aktı oldu. Bununla ölkəmiz həm də demokratik-hüquqi dövlət quruculuğu yolunda əzmini, iradəsini, qətiyyətini nümayiş etdirdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, istər sovetlər dönəmində, istərsə də tarixi ikinci müstəqillik dönəmində daim ilklərə və yeniliklərə imza atan müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev 12 noyabr Konstitusiyasını araya-ərsəyə gətirməklə növbəti ilkə və yeniliyə möhürünü vurdu.

Millət vəkilinin sözlərinə görə, əgər Heydər Əliyevin təşəbbüsü, iradəsi olmasaydı və suveren ölkə kimi ilk Konstitusiyamız qəbul edilməsəydi, bugünkü uğurlardan, inkişaf, tərəqqi, islahatlar prosesindən də danışmaq mümkün olmazdı.

E. Səlimov bildirib ki, bütün uğurların, demokratik, hüquqi-siyasi islahatlarının, inkişafın təməlində məhz ölkə Konstitusiyası, insan hüquq və azadlıqlarının ən mükəmməl şəkildə təminatı dayanır.

kons

ELDENIZ-3

“Konstitusiyamız dünyanın ən mükəmməl və ən mütərəqqi konstitusiyalarından biridir. Burada insan və hüquq azadlıqlarının təmin edilməsi, hüququn, qanunun aliliyinə riayət olunması və digər təməl prinsiplər hər biri mükəmməl şəkildə əksini tapıb, əksini tapmaqla da kifayətlənməyib, reallığa, gerçəkliyə çevrilib. Məhz ölkə Konstitusiyası sayəsində bütün demokratik təsisatlar, institutlar hamısı bərqərar olub, oturuşub, möhkəmlənib, güclənib.

Odur ki, bugünkü inkişaf və tərəqqi edən, demokratiya, hüququn aliliyinin təmin edilməsi istiqamətində böyük uğurlar qazanan, örnəyə çevrilən Azərbaycana görə Ulu Öndərə və onun müəllifi olduğu Konstitusiyaya, həmçinin, öz fəaliyyətində daim qanunları və Konstitusiyanı rəhbər tutan ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq və borcluyuq.

Çox sevindirici və əlamətdar bir məqam da odur ki, Konstitusiyamızın qəbul günü  unudulmadı, əksinə, böyük şəxsiyyət Heydər Əliyevin tarixi Sərəncamı ilə rəsmiləşdirildi, Konstitusiya günü təqvimə, rəsmi bayramlarımız sırasına daxil edildi. Artıq 23 ildir ki, 12 noyabrı Konstitusiya günü kimi qürür və fəxr hissi ilə qeyd edirik.  Ona görə bu əlamətdar gün münasibəti ilə xalqımızı təbrik edir, hər kəsə uğurlar, zəfərlər diləyirəm”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az  

Read Previous

“Konstitusiyası olmayan dövlət müstəqil sayıla bilməz” – MİLLƏT VƏKİLİ

Read Next

Patriarx Kirill Azərbaycana gəlir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir