13 yeni yoluxma-1 ÖLÜM…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Etikxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 362 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.

Ölkədə son sutka ərzində 3 297, hazırkı dövrədək isə 6 769 897 test aparılıb.

Etikxeber.az

Read Previous

“Zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək”-BORİS CONSON

Read Next

Gənc kadrların idarəçilikdə dəstəklənməsi və irəli çəkilməsi…-RUSLAN VƏLİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir