İki Eldəniz Hüseynov: Eyni taleli əmi və qardaş oğlu Eldəniz Hüseynovlar…İkisi də Qəhrəman, ikisi də Şəhid…BİRİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, DİGƏRİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün, 18 iyun 2023-cü il tarixində daha bir Şəhid ailəsini ziyarət etdik…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin ocağında olduq…

Hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupunun üzvləri ilə Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi, İmişlili Eldəniz Tahir oğlu Hüseynovun ailəsi ilə bir araya gəldik…

Qeyd edim ki, qrupun üzvlərindən fərqli olaraq, mən ilk dəfə idi ki, Şəhidin ocağında olurdum…

Ziyarət zamanı Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məqamı Uca olsun!”-dedik…

Sonra Şəhidimizin valideynləri-tək oğullarını Vətən yolunda Şəhid vermiş Yaqut xanım və Tahir Hüseynovla söhbətləşdik, dərdləşdik…

Onlarla birlikdə Şəhidimizin 24 illik qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldıq…

Əsl Şəhid həyat yolu…

Hər anı Vətən sevgisi ilə dolu olan bir Şəhid ömrü…

Şəhidimizin valideynləri danışdıqca duyğulandıq, təsirləndik, kövrəldik…

Çünki duyğulanmamaq, təsirlənməmək, kədərlənməmək mümkün deyil(di)…

Həm də Qürurlandıq, Fəxr, İftixar hissi keçirdik…

Fəxr etdik, Qürurlandıq ki, Şəhid Eldəniz kimi bir Qəhrəman oğulun ölkəsinin-Qalib Azərbaycanın övladları, vətəndaşlarıyıq…

***

Onu da qeyd edim ki, Eldəniz Hüseynov 1996-cı ilin sentyabrın 17-də İmişli rayonunda, sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub…

İmişli rayonunda yerləşən Əli Səmədov adına 6 saylı tam orta məktəbi bitirdikdən az sonra-2014-cü həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Bakı şəhərində hərbi qulluq keçib…

2016-cı ilin aprelin sonlarında Əsgərliyini başa vurub, evinə, ailəsinə dönüb…

İmişli rayonunda yerləşən Şəkər Zavodunda işləyib…

Və 2020-ci ilin sentyabrın 29-da könüllü şəkildə İkinci Vətən Müharibəsinə qatılıb, Vətənin müdafiəsinə yollanıb…

Füzuli, Cəbrayıl istiqamətlərində döyüşüb…

Şərəfli döyüş yolu 10 gün cəkib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 7-də danışıb…

Və oktyabrın 8-dən 9-na keçən gecə Xudafərin körpüsü yaxınlığında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi oktyabrın 9-da İmişli rayon qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Eldəniz öz vəsiiyətinə əsasən adını və soyadını daşıdığı əmisinin-Birinci Qarabağ Savaşı Şəhidi Eldəniz Hüseynovun yanında dəfn edilib…

Şəhidin adını və soyadını daşıdığı əmisi Eldəniz Hüseynov Azərbaycan Ordusunun Əsgəri kimi 18 yaşında, bacısının toyu ərəfəsində, 1992-ci ilin oktyabrın 17-də Laçın rayonunda Şəhid olub…

Və Eldəniz Hüseynovun adı Şəhidliyindən 4 il sonra, 1996-cı ilin sentyabrın 17-də dünyaya gələn qardaşı oğluna verilib…

İki Eldəniz Hüseynov…

Əmi Eldəniz Hüseynov və qardaş balası Eldəniz…

İkisi də Qəhrəman, ikisi də Şəhid…

İkisi də oktyabr ayında Şəhidlik məqamına ucalan Qəhrəman, İgid Azərbaycan oğulları

Qəhrəman Hüseynovlar ailəsi…

Əmisindən fərqli olaraq, Eldəniz nişanlı olub…

Xalası qızı ilə nişanlanıb…

2020-ci ilin noyabrında toyu olacaqmış…

Amma…

Bəyliyi ağ kəfəni olub…

Özünün də, valideynlərinin də arzusu gözlərində qalıb…

Eyni zamanda, Şəhidin tək bacısı Xəyalə xanım ailəli, iki oğul anasıdır…

Dayılarının ruhu köməkləri olsun!

Eldəniz Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Şəhidin ailəsinin yaşadığı küçə hazırda Onun adını daşıyır…

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

13:00

***

FOTOLAR:

16:44

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, iki övladı Vətənə əmanət qalan ali hərbi təhsilli, Kapitan-APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURAL RUSLAN OĞLU ZEYNALOV… – FOTOLAR

Read Next

İmişlili İkinci Vətən Müharibəsi Şəhidi-ŞAİQ TEYMUROVUN AİLƏSİ VƏ OCAĞI ZİYARƏT OLUNDU, DOĞUM GÜNÜ VƏ 55 YAŞI TAMAM OLAN ŞƏHİD ANASI TƏBRİK EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir