Millət vəkilinin təşəbbüsü və dəstəyi ilə-GORANBOYDA 200 AİLƏ SUYLA TƏMİN OLUNDU, ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİN İŞTİRAKI İLƏ QURBAN BAYRAMINA HƏSR OLUNMUŞ MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-29 iyun 2023-cü il tarixində Goranboy rayonunun Fəxralı (Faxralı) kəndində yaşayan 200 ailə su (texniki su) təmin olunub.

Bununla bağlı səhər saatlarında 200 ailəni su ilə təmin edəcək su çəninin (artezian quyusunun) açılışı olub.

Qeyd edək ki, bu məsələnin həlli 96 saylı Goranboy-Naftalan Seçki Dairəsini parlamentdə təmsil edən millət vəkili Anar Məmmədovun köməyi və dəstəyi ilə baş tutub.

Etikxeber.az xəbər verir ki, açılış mərasimdə millət vəkili, Goranboy rayon İcra Haimiyyətinin rəhbər və məsul şəxsləri, Goranboy Naftalanlı Şəhid ailələri, Qazilər, yerli ziyalılar, kənd sakinləri, məktəblilər, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının rəhbərliyi və üzvləri iştirak ediblər.

Mərasim bir saata yaxın davam edib.

Mərasimdə Anar Məmmədov, Şəhid ailələri, Goranboy rayon İcra Hakimiyyətinin rəsmisi Şamxal Həsənov və ziyalılar çıxış ediblər.

Millət vəkili mərasim iştirakçılarını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, hər bir kəsə “su qədər ömrünüz olsun”-deyə, bildirib.

200 ailənin su probleminin həllindən və bu məsələdə iştirakından məmnunluğunu ifadə edib.

Digər çıxışçılar da su probleminin həll edilməsinə, 200 ailənin su ilə təmin olunmasına görə millət vəkilinə və Azərbaycan dövlətinə minnətdarlıqlarını dilə gətiriblər.

Mərasimin sonunda artezian quyusunun açılışı olub.

Daha sonra kənddəki “Taşlış” şadlq sarayında Qurban bayramı münasibəti ilə məclis düzənlənib.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib, Vətənə, Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.

***

FOTOLAR:

***

Etikxeber.az

Read Previous

Fransada AzTV-nin jurnalistlərinə hücum edənlərin cəzalandırılacağını gözləyirik-XİN – YENİLƏNİB

Read Next

Daha 2 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir