Daha 29 İkinci Vətən Müharibəsi iştirakçısı polis orqanlarında xidmətə-QƏBUL OLUNDU – FOTO

İyulun 13-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 236 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 29 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib.

O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Etikxeber.az

Read Previous

“Yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüş keçiriləcək”-AZƏRBAYCAN PREZİDENTİ – BİLİNKEN ƏLİYEVƏ ZƏNG ETDİ

Read Next

Hikmət Hacıyev Ararat Mirzoyanın yalan paylaşımını-İFŞA ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir