Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2022-ci ilin avqust ayının əvvəllərində Şəhidlik məqamına ucalan beş Şəhidimizdən biri-Samir Səməd oğlu Xudiyevin doğum günüdür.
Samir Xudiyevin bu gün 20 yaşı tamam olur.
Bu, Şəhidin Cənnətdəki ilk doğum günü mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib.
Ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayıb.
Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar.
Evin-ailənin ikinci övladı idi.
Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb və 2021-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb.
Laçın istiqamətində qulluq edib.
Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən 2 gün öncə, 2022-ci ilin avqustun 3-də danışıb.
Avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, avqustun 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
O, həm də subay olub.
***
Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Sonra “Cənnət” şadlıq sarayında Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan verilib.
Şairə,hər zaman Şəhid ailələrinin yanında olan Raziyə Kamilqızının aparıcılıq etdiyi mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra qısa çıxışlar edilib, ruhuna bir daha dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ilk doğum günü təbrik olunub.
Şəhidin ailəsi də ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını ifadə edib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını ifadə ediblər.
Mərasimdə Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar, şeirlər ifa edilib və bu zaman təsirli, kövrək anlar yaşanıb.
Mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Eyni zamanda, Şəhid anası Mehriban Abdurəhmanovanın rəhbərliyində təmsil olunduğu ictimai təşkilat tərəfindən Şəhidin Samir Xudiyevin anası Xanım anaya “Qəhrəman Ana” fəxri diplomu və “Odlar yurdu” qrupu tərəfindən “Xarıbülbül” sumovulu təqdim olunub.


Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Sabunçu və Füzuli rayon icra hakimiyyətlərinin məsul şəxsləri və başqa şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü-20 yaşı mübarək olsun!
Nur içində yatsın!
12:59
***
FOTOLAR:























***
SAMİR XUDİYEVİN VALİDEYNLƏRİ-XANIM ANA VƏ SƏMƏD ATA…




***










***
QƏHRƏMAN OĞULLARIN QƏHRƏMAN ANALARI…




***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




