14 ölkənin parlament sədri Bakıya gəlir…

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisin (MM) xüsusi və təntənəli iclası ayın 21-də, saat 12:00-da keçiriləcək.

Bu haqda Etikxeber.az-a MM-in Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirov) məlumat verib.

O, qeyd edib ki, təntəli iclasda 40-dan artıq ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

millimeclis-2015_40

“14 ölkə spikerlər səviyyəsində, 13 ölkə vitse-spikerlər səviyyəsində, 13 ölkə digər, yəni, parlament nümayəndə heyətləri səviyyələrində xüsusi iclasa qatılacaqlar. Həmçinin, 10 nüfuzlu  beynəlxalq təşkilatın təmsilçiləri xüsusi iclsda iştirak edəcəklər. Xüsüsusi iclasla da bağlı  hazırlıq işləri aparılır, davam etdirilir, həm tədbirin yüksək səviyyədə baş tutması üçün, həm iclasda iştirak edıcək nüfuzlu nümayəndə heyətlərinin qarşılanması, onların burada yerləşdirilməsi və sair üçün hər bir iş görülür”-deyə, A. Təvəkküloğlu sözlərinə əlavə edib.

Etiikxeber.az

 

Read Previous

Münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir – ƏRDOĞAN

Read Next

Komitə sədrləri və bir neçə deputat niyə təcili parlamentə dəvət olundu?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir