14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilir – YENİLƏNİB – (1)

 

Musa Quliyev: Ailə Məcəlləsinə dəyişiklik edək

Əhliman Əmiraslanov: İnsanları qıcıqlandıran məsələlər layihədən çıxarılıb…

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 22-də parlamentin Səhiyyə komitəsinin ilk iclası keçirilib və iclasda yaz sessiyası üçün qanunverici işlər planı müəyyənləşdirilib.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, qanunvericilik işləri planına əsasən Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında MM-ə təqdim etdiyi qanun layihələri daxildir. Bundan başqa, komitədə hazırlanan qanun layihələri – “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.

“İnsan orqan və (və ya) toxumalarının transplanmtasiyası haqqında” qanun layihəsinə dəyişikliklər, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələri ilə bağlı, o cümlədən Autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulur.

***

derman

İclasda sonra “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub.

Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilir.Layihə qısa müzkirələrdən sonra plenar iclasa tövsiyə olunub.

***

İclada müzakirələr zamanı deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.

musa-urud

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir. O , qeyd edib ki, müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir: “Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək”.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

***

stomat

İclasda eyni zamanda, “Stomatoloji xidmət haqqında” qanun layihəsinin hazırlanması təklif olunub.

“Azərbaycanda “Stomatoloji xidmət haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac var” -deyən M. İbrahimqızı bildirib ki, çünki ölkədə stomatoloji kabinetlərin də sayı artır: “Belə bir qanun yazılması vacibdir”. Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir: “Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar”.

“İcbari tibbi sığorta sahəsində ciddi islahatların aparılması üçün “İcbari tibbi sırğorta haqqında” qanuna ciddi dəyişikliklər edilməsi lazımdır. Bu təklifləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən gözləyirik”. Bunu  da Ə. Əmiraslanov  deyib.

Nikaha daxil olmaq istəyən şəxslərin hepatit B və C-dən də məcburi müayinə olunması ilə bağlı səslənən təkliflərə münasibət bildirən Ə.Əmiraslanov qeyd edib ki, hepatit B və C-nin patologiyaları müalicə olunur. Ona görə də digər irsi qan xəstələrindən fərqli olaraq, “belə xəstələrin nikaha girməsi qadağandır” kimi fikirləşmək düzgün deyil.

O qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindəki bütün məsələlər MM-də razılaşdırılıb: “Sual doğuran bütün məsələlər həll olunub, insanları qıcıqlandıran məsələlər layihədən çıxarılıb. Bu qanun demək olar ki, tam hazırdır və bu gün nə parlamentdə, nə də cəmiyyətdə bu layihənin əleyhinə gedən var”.

Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.

Deputat Rəşad Mahmudov  öz növbəsində qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub: “Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Şikayətlər əhəmiyyətli dərəcədə azalıb – ELDAR NURİYEV AÇIQLADI

Read Next

AŞPA-nın qış sessiyası başladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir