Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin-Balakürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Azərbaycan Ordusunun hərçisi, MAXE Şaməddin Qafqaz oğlu Əliyevin Əbədiyyətə uğurlanmasının üçüncü, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, Qızılhaclı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Qısa çıxışlar olunub, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi verilib.
1990-cı ilin yanvar ayının 8-də sadə bir ailədə dünyaya gələn, ailənin dörd övladından, üç qardaşdan biri olan MAXE Şaməddin Əliyev İkinci Vətən Müharibəsinin ilk günlərində qəhrəmancasına Şəhid olub, 2020-ci ilin 30 sentyabr tarixində Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 4 medalla təltif olunub.
O, həm də subay olub.
Onu da qeyd edək ki, bu gün həmçinin Şəhidin anası Vəfa Məhəmməd qızı Əliyevaya Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” döş nişanı və vəsiqəsi təqdim olunub.
Döş nişanı və vəsiqəni Şəhid anasına jurnalist Kamil Həmzəoğlu təqdim edib.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:



13:12
***









13:42
***
ANA(LAR) YANAR, AĞLAR… VƏ YA SÖZÜN BİTDİYİ YER…







13:52
***






13:58
***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az